İstidə əriyən fikirlər…


Yer əvvəllər kürə şəklində idi, sonra bir az əriyib elips oldu…Nəticədə ekvator qısaldı, meridianlar isə uzandı…Bu vaxt geoloqlar, coğrafiyaşünaslar, astrofiziklər və daha kimlər əl-ayağa düşüb yenidən yerin bütün ölçülərini və dəyişiklikləri hesablamaq üçün qrant və yardımlar axtarmağa başladılar. Beləcə bu işlərlə məşğul olmaq üçün minlərlə proqramlar yarandı və gərgin iş getməyə başladı…

Elə həmin ərəfədə bir fransız bu xəbəri eşidib qərara gəldi ki, ekvatorun uzunluğunu velosipedlə ölçsün, amma sonra başa düşdü ki, bu mümkün deyil.Çünki ekvator həm də okeanlardan keçirdi axı…Beləcə daha bir gici-gici səyahətin qarşısı alındı…

Meridian və paralellərin yerini dəyişməsi eyni zamanda afrika və ərəb ölkələrində bir neçə müharibənin başlaması ilə nəticələndi.Müharibəni başlayan ölkələr əsas səbəb kimi qonşu dövlətlərin sərhədi dəyişərək onların ərazilərinə təcavüz etdiyini göstərirdi.Əslində isə onların heç bir günahı yox idi.Çünki sərhədlər planetin elips şəkilində olmasından, yəni paralellərin öz yerlərini dəyişməsindən sonra avtomatik olaraq dəyişmişdi…

Bu arada yerin əriyib elips şəklində olması bizim evə də təsir etmişdi və divarda gözlə görünməyən, lakin mənim təxmin etdiyin çatlar yaranmışdı…

Bir neçə ay keçdi və qış gəldi… Geoloqlar, coğrafiyaşünaslar, astrofiziklər və daha kimlər nəhayət bütün tədqiqatlar üçün pul tapıb hesablamalar başlamaq istəyidilər ki, birdən yayda əriyib elips olmuş yerin qışın şaxtasında yenidən kürə şəklinə qayıtdığı məlum oldu…

 

Mir  ©   Bagir

0 Responses to “İstidə əriyən fikirlər…”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




İyun 2011
BE ÇA Ç CA C Ş B
    İyl »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: