Mən bilirəm ki, heç nə bilmirəm…



Əvvəllər  deyirdilər ki, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır.İndi isə bu məsəlin “bilməmək ayıbdır”, “özünü hər şeyi bildiyin kimi göstər”, soruşsam, deyərlər “çuşkadır” kimi dəyişməsini təbbi qarşılayıram…Günü-gündən artan “savadlı” kütləsini də həmçini…

Hərçənd məni narahat edən bu deyil, o biridir, yəni bilməmək məsələsi.Çünki bir çox şeylər var ki, mən onları bilmək istəyirəm, amma bilə bilmirəm ki bilmirəm…

Məsəlçün

Mən bilmirəm ki, biz niyə bir addım atarkən özümüzü yox, az qala bütün bəşəriyyəti düşünürük.Bu bizim ümumbəşər olmağımızdan irəli gəlir, yoxsa burnumuzun ucundan o yana baxmağa qorxmağımızdan?

Mən bilmirəm niyə mənim saqqalım və əyri bakinbardlarım çoxunun gözünə girdiyi halda, onların əyri əməlləri öz gözlərinə girmir.Bəlkə gördüyün hər qıza söz atmaq, telfonun yaddaşını “əxlaqi görüntü”lərlə  doldurmaq indi normal bir hal və əxlaq kriteriyasıdır?

Mən bilmirəm əgər müəllim  bu gün öz şagirdi ilə telfonundakı ən son porno videoları paylaşırsa imtahan sualları nədən ibarət olacaq? Mən hətta bilmirəm bütün bunlardan sonra müəllimlə əlbəyaxa olan şagird hər yerdə filan müəllimi “belə vurdum, elə çırpdım” deyəndə mən günahı kimdə axtarım.Bəlkə bu elə onun zəhmətinin bəhrəsidir?

Mən bilmirəm niyə indi 1 yaşlı uşağa da az qala Ata-Ana sözləri əvəzinə ingilis əlifbasını və Microsoft Word-ü öyrədirlər.Bəlkə bəşəriyyətdəki bütün digər elmlərin üstündən xətt çəkiblər, bizim xəbərimiz yoxdur?

Mən bilmirəm öz doğma dilində bir cümləni əməlli-başlı düzüb-qoşa bilməyən, öz tarixini, yeri gəldikdə heç bu gününü də əməlli başlı bilməyən, “zato” bütün əcnəbilərin avtobioqrafiya, diskoqrafiya, filmoqrafiya və bu qəbildən olan bütün qrafiyalarını əzbərdən bilən insan yeri gəldikdə hansı vətənpərvərlikdən danışır?

Və ya mən bilmirəm özünə sərf edən ibadət və əməlləri yerinə yetirən “imanlı” bacı-qardaşlarım bu yolla, Əstəğfrulla, Allahı aldadıb Cənnətə arxa qapıdan girmək niyyətindədirlər yoxsa necə?

Mir © Bagir

2 Responses to “Mən bilirəm ki, heç nə bilmirəm…”


  1. 1 Nazim İyun 25, 2011 tarixində, saat 10:43 səhər

    Sag ol, Miri, eladi. En xosuma gelen axirincidan ikinci abzasdir…

  2. 2 Niela Avqust 20, 2011 tarixində, saat 9:49 səhər

    Ela cox gözəl


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




İyun 2011
BE ÇA Ç CA C Ş B
    İyl »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: