Taksi Dayının əhvalatlarından…


70-ci illərin ən yaxşı 3 filmindən biri “Taksi sürücüsü” (Taxi Driver) filmidir desəm, yalnız bu filmə baxmayanlar mənlə razılaşmaya bilərlər.Gecə növbəsində taksi sürən bu filmin qəhrəmanı Robert De Nirodur, amma mənim məqaləmin yox.Çünki mənim öz Robert De Nirom var və o Skorsezenin qəhrəmanından fərqli olaraq təkcə gecələr işləmir, hərçənd mən çox vaxt onunla gecə 2 radələrində qarşılaşmalı oluram və bu vaxt mənə həmişə elə gəlir ki, bu şəhərin küçələrində cəmi 2 nəfər oyaqdır- Mən və məni evə aparan Taksi Dayı.

Taksi Dayı həyatımda gördüyüm ən optimist insanlardan biridir bəlkə.Son iki aya qədər onun da taksisi Robert De Nironun taksisi kimi sarı idi, lakin bu sarı Merkuri yox, indi artıq retro muzeylərdə rast gəlinən Moskviç idi.Sonra o,  07 aldı.Yox,yox, bu sizin düşündüyünüz o “full” 07-lərdən deyil.Əslində elə onu da Moskiviçlə bərabər muzeydə yan-yana qoymaq olar.Lakin Taksi Dayının öz avtomobillərinə olan sevgisini görüb heç vaxt ona bu haqda bir söz deməmişəm.Öz dediyinə görə Moskviçi satmayıb və heç belə fikri də yoxdur.Deyir 700 manat nədir ki, bu Moskviçə görə? Mən ona 1000 manatdan çox pul xərcləmişəmJ.07-ni alanı isə başlayıb ona pul xərcləməyə.Dünən dediyinə görə 70 manata nəsə alıb, amma yadımda deyil nə.Amma orası yadımdadır ki, yoldaşları deyib: “gərək o birindən alardın”, o isə cavabında “bunun fərqini qışda görərsiz” deyib.Elə dünən Taksi Dayı bir maraqlı əhvalat da danışdı. Deyir bir “kliyentlə” danışmışdım ki, onu uzaq yola aparacam və buna görə 10 manat qazanacaqdım.Təyin olunan yerə gələndə gördüm ki, “kliyent” ordadır, yanında da 2 xanım var.Xanımlar taksini görüb gəlib oturdular, amma qabaqcadan danışdığım adam daha gəlmədi.Sən demə heç xanımlar onunla deyilmiş və mənə 1 manat uzadıb: “Mikrorayona sür”- dedilər.Mən də xanımları taksidən düşürüb deyəsi deyildim ki, “düşün, kliyent gözləyirəm”.

Əslində onun bu əhvalatı mənə bir o qədər də maraqlı gəlməmişdi.Adi bir sonrakı peşmançılıq hekayəsinə oxşayırdı.Amma sonda onun sifətindəki təbəssümü görəndə başa düşdüm ki, o etdiyi hərəkətdən heç də peşman deyilmiş, əksinə özü də bəlkə heç vaxt eştmədiyi bir sözlə adlandırılan hərəkət etmişdi – Centlmenlik – Lap Robert  de Niro kimi…

Mir  © Bagir

4 Responses to “Taksi Dayının əhvalatlarından…”


  1. 1 Seymur İyun 30, 2011 tarixində, saat 12:44 axşam

    Miri, beyenilsin….

  2. 2 EYYUB İyun 30, 2011 tarixində, saat 4:39 axşam

    MARAQLIDI.MESLEHET EDEDRDİM BİR KİTAB ŞEKLİNDE TOPLAYAQ ELYAZMANI. MENE ELÇİN EFENDİYEVİN “LATUR,PİKASSO,1968” HEKAYƏSİNİ XATIRLATDI…

  3. 3 Neo Dədə Qorqud İyul 1, 2011 tarixində, saat 1:05 axşam

    🙂 qəşəng söhbətdi ))) şofer millətinin mırt mırt söhbətləri olur da həmişə.. ))

    • 4 L-vin İyul 6, 2011 tarixində, saat 5:36 axşam

      :>…


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




İyun 2011
BE ÇA Ç CA C Ş B
    İyl »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: