Sifətindən zəhrimar yağan dükançılar…


Deyirəm əgər təbəssümü satsaydılar bir az alıb yapışdırardım bu bizim bir çox dükançıların sifətlərinə…Ya da məni çırpan olmasa, onların sifətlərinə gülən kloun qrimi edərdim.Heç olmasa özləri gülməsə də, üzləri gülsün.

Dükana girib bir söz soruşursan, elə cavab verirlər ki, elə bil atasını üzünə söyürsən.Ay sənə biznesmen deyənin görüm….. Belə də biznesmen olar?! Əəə bir üzün gülsün, bir adam kimi cavab verməyin olsun, bir şirin dilin olsun.Dünyanın sonudur?! Lap belə dünyanın sonudur…Heç olmasa, dünyanın sonunda bir üzün gülsün ki, bəlkə Allah rəhm edib cəhənnəmin yaxşı küncünə atdı səni..

Bu gün dükana girib elə soruşmaq istəyirdim ki, “kontur var?” –ağzımı açmamış dedi ki – Yox. Özü də elə sifətlə deyir ki – Yox, elə bil mənim bu dükana 5 min borcum var.Halbuki, ömrüm boyu o dükana iki dəfə girmişəmsə, nə bilimdir…

Hələ geyim satanları demirəm.Əyninə geyib baxdınsa, hökmən almalısan.Bəlkə mənim xoşuma gəlmir, bəlkə rəngi yaxşı deyil,bəlkə əynimə böyükdür.Yox ,əşşi…sənə 100 % yedizdirəcək ki, bu geyim sənlikdir, sənə əla yaraşır, əyninədir, planetdə məndən ucuz bunu heç kim satmır, daha bu qədər zəhmət vermisənsə, al getsin, nə bilim nə,nə, nə…Elə, bu yaxınlarda aldığım şalvarı da, mənə belə sırıdılar. 2 dəfə geyəndən sonra, zəhləm getdi, atdım evə…

Aldığım malın keyfiyyətsiz olamasına razıyam, yetər ki, üstündə azacıq təbəssüm olsun…Əəəə, bir gülün dəəə..:)

Mir © Bagir

2 Responses to “Sifətindən zəhrimar yağan dükançılar…”


  1. 1 L-vin İyul 6, 2011 tarixində, saat 5:35 axşam

    qewwey yazidi ee bi gulun de😀 lezet eledi respect Miriiii


  1. 1 Sifətindən zəhrimar yağan dükançılar… | Azblog.org İyul 13, 2011 tarixində, saat 11:17 səhər yazısı üçün Geri İzləmə tərəfindən edilən şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




İyul 2011
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: