Suallar və Cavablar


İnsanlar haqqında onların verdiyi cavablara görə mühakimə yürüdün. (Volter bunun əksini deyir, hərçənd)

1)

–          Salam.Necəsən?

–          Sağ ol.Sən Necəsən?

Heç dəxli var?  Bəs cavab necə olsun? “Necəsən” sualına kim cavab verəcək?

2)

–          Marojna alıb yeyək?

–          Yox, biz həmişə marojnanı kiloyla alırıq.

Siz necə də sadəsiz.Az qala marojnanı kiloynan aldığınıza görə mənim sizə hörmətim 5 qat artacağdı.Bəlkə sizə aşağıdan yuxarı baxım? Bəlkə də sevinim ki, mənim yanımda marojnanı kiloynan alan adam durub.Yox, yaxşısı budur mən sizin əlinizdən öpüm və sizin çumonuz olum.Ürəyiniz sakitləşər?Onda özünüzü rahat hiss edərsiz?

3)

–          Bu saatı neçəyə almısan?

–          Ebay-dən gətizdirmişəm.

Yəni bu suala mən bundan ətraflı və dolğun cavab gözləyə bilməzdim.Yox, yox, mən demirəm ki, sən risovkasan.Sadəcə mən tupoyun yadından çıxıb ki,  Ebay-dan alınan mallar pulsuzdur və avtomatik olaraq mənim “Bu saatı neçəyə almısan?” sualımın cavabı Havayıdır.

4)

–          Nə gözəl köynəyin var

–          Qardaşım İngiltərədən gətirib

–          Bundan bizim bazarda da görmüşəm axı

–          O bundan olmaz, bu firmennidir

P.S Əgər Çin heroqlifləri ilə adı yazılmış bir brend tanıyırsızsa, hökmən onun necə yazıldığını mənə də göndərin.Bəlkə oğlan həqiqətən də düz deyir.Bir də həmin oğlana hörmən etməyi və ona aşağıdan yuxarı baxmağı unutmayın, axı onun qardaşı İngiltərədə olub.

5)

–          Uşaqlarını oxutdurmusan?

–          Hə.Bəs nə bilmişdin.İkisini də saldım Universitetə.Hər ikisinin dipLomu var.

–          Bəs işləmirlər?

–          Niyə ki? Biri dükan işlədir, biri də Urisiyyətdədir.

No Comment.

Mir  ©  Bağır

0 Responses to “Suallar və Cavablar”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




İyul 2011
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: