Braziliya, Türk, indi də Hind…


Əgər mənim Məryəm nənəm bu yazını yazsaydı, yəqin belə başlayardı – “Bu Braziliya teleserialları uşaqları korladı da”.Amma təəssüf ki, arvad o birilərini görmədi, ya da təəssüf yox, yaxşı ki…Hərçənd çoxları bunu cəfəngiyyat adlandırsa da, mən nənəmlə razı idim.Elə indi də razıyam – kinonun yönəltmə qüvvəsi böyükdür, özü də ki əgər baş boşdursa, onda lap böyükdür…

 

BraZibiliski seriallar teleməkanda 10 ildən artıq hegemonluq etdi.Sonra yavaş-yavaş Cənubi Amerika serialları öz yerini verdi türk seriallarına.Bu həm də televiziyalara da sərf edirdi, çünki daha türk dilindən dublyaj etməyə ehtiyac yox idi.Həm də türk seriallarındakı  “sentimentallıq”  bizə daha yaxın idi axı və bu da cənubi amerika seriallarından daha çox tamaşaçı toplamağa imkan verirdi.Nəticədə də onlar bu filmlər arasında gedən reklamların qiymətini ürəkləri istəyən qədər qaldıra bilirdilər.Amma onların bu xoşbəxtliyi də çox çəkmədi və məlum qərardan sonra artıq bütün telekanallar ancaq doğma dildə yayımlanmalı idi.Türk seriallarını tərcümə etmək riskini isə heç kim boynuna götürmək niyyətində deyildi, baxmayaraq ki, bir neçə uğursuz cəhdlər də olmuşdu.

 

Son bir neçə ildə xoşbəxtçilikdən telekanallarda serial qıtlığı hiss olunurdu, hərçənd bu xoşbəxtçilik də çox uzun çəkmədi.Çünki telekanallar yenə də tamaşaçıların zəif nöqtəsini tapa bilmişdilər.Bu dəfə isə qara buludlar Hindistan tərəfdən gəlirdi və özü də nəyi var gəlirdi…

 

Hindistandakı kinoindustriyanın istehsal gücünü nəzərə alaraq – Allah hamına səbr versin, ya da peyk antenası…

 

 

0 Responses to “Braziliya, Türk, indi də Hind…”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Avqust 2011
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: