Hər “Nemeçkiy Şot” verən Alman olmaz…


Deyəcəklərim bir çoxlarını pərişan edəcək deyəsən.Çünki  illərdir az qala hamının danılmaz  həqiqət kimi qəbul etdiyi və gündəlik həyatda tez-tez işlətdiyi  “Alman dəqiqliyi”,  “Nemeçkiy şot” və “Alman işgüzarlığı”  xülyalarını alt-üst edəcəm, daha doğrusu mən yox, elə almanların özləri.

 

Bir neçə həftə bundan öncə iki alman velosipedlə gəzə-gəzə gəlib çıxmışdı bizim şəhərə.Qısası – dediklərinə görə turist idilər və ölkəmizdə turizm ili olduğunu eşidib bir bu tərəflərə də baş çəkmək qərarına gəlmişdilər.Onlarla qısa bir dialoq zamanı isə türklər demişkən uğradım hayal kırıklığına …

 

Söhbət zamanı məndən almanlar haqqında nə eşitdiyimi soruşdular.Mən də dedim ki, burdan istənilən adamdan soruşsanız ki, almanlar necə xalqdır, hamı – çox dəqiq və qanunlara riayət edən – cavabını verəcək.Onlar isə ürəkdən gülərək – yalan söhbətdi, əksinə almanalar nə punktual, nə də qanunlara riayət edəndirlər – dedilər…

 

Dedim bəs işgüzarlıq? Onlar isə – Almanlar qədər tənbəl elə almanların özləridir – deyib yenə gülümsündürlər…Söhbətin gedişində o da məlum oldu ki, dünyaya diskriminasiya terminini sırıyan inkişaf etmiş ölkələrin özündə elə diskriminasiyanın ən böyüyü mövcuddur.Dediklərinə görə Berlin divarlarının 20 ildən artıqdır sökülməsinə baxmayaraq Şərqi Almaniya hələ də Almaniyaya yamaq kimi görünür, lap “Good bye, Lenin” –də olduğu kimi…

 

O ki qaldı “Nemeçkiy şot” məsələsinə ,doğrusu bu haqda onlarla heç bir söhbətim olmadı, çünki  onsuz da hər şey aydın idi.Azdan – çoxdan hər kim xaricilərlə bir masa arxasında oturub.Fərq etməz, alman olsun, ingilis olsun, ya da amerikalı.Bizdən fərqli olaraq onlar bir- birilərinə doğma qardaş olsalar belə, yenə hər kəs öz hesabını verəcək.Yəni bu qərb təfəkkürüdür, sırf alman yox.Bəs nəyə görə buna bizdə “Nemeçkiy şot” deyirlər sualına isə mənim fərziyyəm belədir – çox güman ki, bizim indi qərb dediymiz ölkələrdən bizə ən birinci yaxın olanlardan biri də, Şərqi almaniya olub, elə rəhmətlik atam və 2 əmim də orda hərbi xidmətdə olub və çox güman ki, bu “Şotu” ilk dəfə orada gördüklərinə  görə də adını “Nemeçkiy şot” qoyublar…

 

Deyirəm Almanlara qarşı bir az simpatiyam var idi, o da  iki “Nemes”in “şot”una yoxa çıxdı…

 

1 Response to “Hər “Nemeçkiy Şot” verən Alman olmaz…”


  1. 1 Palçiq baliq Avqust 23, 2011 tarixində, saat 11:33 axşam

    Dedive göre almanlilar çox daha tembel deyiller belke serqi alman rusiyenin siasetine bagli olduguna sebeb dali dusub.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Avqust 2011
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: