“Karib dənizinin piratları”nı “Yad Sahillərdə” kim batırdı ?


Toydan sonra nağara…

Nəyə görə toydan sonra nağara? Yadınıza salım ki, “Karib dənizinin piratları – Yad sahillərdə” filminin premyerası May ayında baş tutub.Mən isə bu filmə yalnız bu yaxınlarda baxa bilmişəm.Səbəb çox sadə və bir az da çox mürəkkəbdir.Şəhərimizdə 3-4 kinoteatr binasının olmasına baxmayaraq oralara artıq 25 ildən artıqdır ki, heç kim bilet tapa bilmir.Əslində elə netdə Piratların prokatlara çıxdığı gün pirat versiya da peyda olmuşdu.Amma bu pirat versiya da elə 4-cü piratların özləri kimi keyfiyyətsiz idi.Gözləmək qərarına gəldim və budur ötən həftə ortabab versiyası da çıxdı internetə.Film yaxşı yox, heç olmasa ala-babat alınsaydı belə, inanın ki, yazmazdım bu yazını.

Karib dənizinin piratları silsiləsi o filmlərdəndir ki, ömründə cəmi 3 filmə baxmış insanın baxdığı 3 filmdən biri də məhz Karib dənizinin piratlarıdır.Ciddi film olmasa da, obrazların rəngarəngliyinə və kassa gəlirlərinə görə çox uğurludur.Həm də hər 3 film ayrı-ayrılıqda olmaqla yanaşı, bir silsilədə də çox məntiqi bağlarla bir-birinə bağlanıb.Bir daha təkrar edirəm ki, bu günə kimi bu silsilədən cəmi 3 film işıq üzü görüb.4-cünü isə film adlandırsam, qorxuram Qor Verbinskinin xətrinə dəyərəm.

Niyə Rob Marşall?

Karib dənizinin piratlarının 4-cü hissəsini rejissor Rob Marşala niyə və necə tapşırıldığından xəbərim yoxdur.Əgər 5-ci filmi də ona həvalə etsələr, onda heç təəccüblənməyin.Axı Rob Marşal bu filmlə Walt Disney-ə 1 milyarddan çox pul gətirib.Görünür belə də olur – Zibil bir film və 1 milyard kassa yığımı. Yəqin Rob Marşall özü də yaxşı bilir ki, onun ilk 3 filmlə heç bir bağlılığı olmayan yeni bir hekayə yaratmaq cəhtləri yağlı bir fiaskoya uğrayıb və bu dəfə göydən düşmüş Penelopa Kruz və o dünyadan qayıtmış Cefri Raş da Robu xilas edə bilməyib.Amma məncə Robun əsas səhfi filmin adının seçilməsində olub.Əgər məndən olsaydı bu filmi – Karib dənizinin piratları – 4 (Yad sahillərdə) yox, İndiana Cons və Sonuncu xaç yürüşü (İndiana Jones and the Last crusade) filminin rimeyki adlandırardım.Deyəsən sizin də yadınıza düşdü axı.Tamamilə eyni hekayə – ömürlük həyat bəxş edən fincan (Müqəddəs Qral), dirilik suyu və s.və ilaxır.Görünür uşaqlıqdan Spilberqin filmləri ilə böyüyən Rob hələ də o filmlərin təsirindən çıxa bilmir.

Bu dəfə Kokain effekti olmadı…

Allahtərəfi danışsaq, filmdə öz rolunun öhdəsindən ən yaxşı gələn elə Penelopa Kruz idi.Amma nə olsun? Zəif ssenari, zəif rejissura və Deppin öz ampulasından çıxarılmış obrazı, üstəgəl də sönük ifası hər şeyi alt-üst edirdi.Çox güman ki, Rob Marşall 2001-ci ildə Penelopa ilə Deppin bir araya gəldiyi Kokain (Blow) filminin uğurunu görüb elə qənaətə gəlmişdi ki, bu filmdə də Depp üçün ən ideal tərəf müqabili Penelopa olacaq.Alınmadı.Necə deyərlər – Qılınc həmən qılınc idi, sadəcə qollar o qollar deyildi.

 Conni Deppin günahı nə idi?

Conni Depp obraz deyəndə yada düşən ilk aktyorlardan biridir.Tim Börton və Qor Verbinski onun simasında (elə hərfi mənada da) dünya kinosuna kifayət qədər uğurlu obrazlar bəxş edib.Karib dənizinin quldurlarında baş obraz olan Cek Sərçə də müasir kinoda ən populyar obrazlardan biridir, ya da birincisi.Onu Qor Verbinski doğmuşdu, Rob Marşall dəfn elədi…

0 Responses to ““Karib dənizinin piratları”nı “Yad Sahillərdə” kim batırdı ?”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Avqust 2011
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: