Yazmağı öyrən, sonra yaz da…


1-ci variant (Orijinal)

Yaxşıki Azerbaycan dilində sözdərin hamsı diməy olar ki, diyildiyi kimi yazılr.Diyirəm görəsən bizim orfoqrafyamız ingilis dili kimi olsaydı, onda necə olardı, hə? Orda diyildiyi kimi yazılan sözdəri çətn tapsan.Ama gəlki, mən onnarın bloklarını oxuyanda vallah bu qədr əziət çəymirəm, shv görmürəm.Adama bi yazğınız gəlsində.Gedin ardabir orfoqrafya kitabnıda varaqlayında.Bloq məyər elə ağzına necə gəldi yazmağdı məyər?.Sənin uslubuna (guya var idi), yada giydirmə mövzularına bi söz dimirəm, heç olmasa orfoqrafyanı öyrən, orfoqrafyanı.Özüdə birinci “da- də” şəkilçisi və ədatnı yerlik hal şəkilçisinnən ayırmağı öyrənməydən başdasan lap əla olar.Canınçün, bu cür yazılmış bii məqaləni oxumaxa sərf etdiyim vaxda 3 əməlli başdı yazılmış bir yazı oxuyardım.Ama adamım üstündə Allahı var, bu cür “qramotnı” yaznın bi müsbət cəhti var.Əsl “поле чудес” oyununu xatırradır. Baş sındırısanki “blogger” burada nə yazmağ isdiyirmiş və nəticədədə məntiqi təfəkgür inkişaf edir…

Orta söz – Feel the difference

2-ci variant (“bir az” redaktə olunmuş)

Yaxşı ki, Azərbaycan dilində sözlərin hamısı demək olar ki, deyildiyi kimi yazılır.Deyirəm görəsən bizim orfoqrafiyamız ingilis dili kimi olsaydı, onda necə olardı, hə? Orada deyildiyi kimi yazılan sözləri çətin tapasan.Amma gəl ki mən onların bloqlarını oxuyanda vallah bu qədər əziyyət çəkmirəm, səhv görmürəm.Adama bir yazığınız gəlsin də.Gedin arada bir orfoqrafiya kitabını da varaqlayın da.Bloq məgər elə ağzına necə gəldi yazmaqdır məgər? Sənin üslubuna (guya var idi), ya da geydirmə mövzularına bir söz demirəm, heç olmasa orfoqrafiyanı öyrən, orfoqrafiyanı!!!Özü də birinci “da- də” şəkilçisi və ədatını yerlik hal şəkilçisindən ayırmağı öyrənməkdən başlasan, lap əla olar.Canınçün, bu cür yazılmış bir məqaləni oxumağa sərf etdiyim vaxta 3 əməlli-başlı yazılmış bir yazı oxuyardım.Amma adamın üstündə Allahı var, bu cür “qramotnı” yazının bir müsbət cəhəti də var.Əsl “поле чудес” oyununu xatırladır. Baş sındırısan ki “bloqqer” burada nə yazmaq istəyirmiş və nəticədə də məntiqi təfəkkürünü necə lazımdır inkişaf etdirirsən…:)))

4 Responses to “Yazmağı öyrən, sonra yaz da…”


  1. 1 gencjurnalist Sentyabr 6, 2011 tarixində, saat 11:50 səhər

    Salam hormetli blogger Mir Bagir bey.mende deyimki herf sehfleri cox olur ve herkes bunu mende sehv tutur.buda ondan ireli gelirki yazimdimsa daha oxumuram cunki hovselem catmir v e bu o demek deyilki men bilmirem.ve sehvimi de bilirem ne edim tenbellik yazmasam qala bilmirem yazsamda qebul etdirirem ele🙂

  2. 2 shebnem Sentyabr 6, 2011 tarixində, saat 5:08 axşam

    Diqətli olmaq lazımdır!

  3. 3 shebnem Sentyabr 6, 2011 tarixində, saat 5:11 axşam

    “q” hərfini bilərək yedim:) Amma, deyəsən az oldu. Nə isə…

  4. 4 shebnem Sentyabr 6, 2011 tarixində, saat 5:20 axşam

    Şərhi göndərdim, amma düşünürəm ki, birdən kimsə bu zarafatımı təhqir kimi qəbul edər (peşman oldum). Elədirsə üzr istəyirəm.
    Əgər bir yazı kütlə üçün nəzərdə tutulub yazılırsa buna laqeyd yanaşmamalıyıq. Məndə də diqqətsizliyimdən dolayı bəzən hərf səhvləri olur və mən bilən kimi düzəldirəm. Mütləqdir ki, yazını yazdıqdan sonra oxuyasan…


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Sentyabr 2011
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: