Terrensin əkdiyi “Həyat ağacı”


Əslində bu yazını bir həftə öncə yazmalı idim.Çünki filmi o vaxt izləmişəm.Amma lap əslinə qalsa, mən bu filmi lap may ayında da izləyə bilərdim, çünki Terrens “Həyat ağacı”nı məhs o vaxt əkmişdi. Lakin  bir zamanlar qeyd etdiyim kimi şəhərimizdəki 2-3 kinoteatra artıq 25 ilə yaxındır ki, heç kim bilet tapa bilmədiyindən, həmişə olduğu kimi yenə keyfiyyətli versiyanın netdə peyda olması üçün bir – neçə ay gözləməli oldum.

İlk öncə ad

Filmin orijinal adı “The Tree of life” –dır. Hərfi tərcümə “Həyat ağacı”-dır. Eyni zamanda bu bizim dilimizə “Ömür ağacı” kimi də tərcümə olunub.Yəqin bədii tərcümə etmək istəyiblər.Gəl ki çox nahaq yerə. Düzdür,  “life” sözü konteksdən asılı olaraq “ömür” kimi tərcümə oluna bilər.Lakin görünür filmin adını bu cür tərcümə edənlər ya filmə heç baxmayıblar, ya da baxıblar, amma sadəcə onu baş obrazlardan biri olan Cekin ömrü konteksindən o yana başa düşə bilməyiblər.O ki qaldı filmə – film  bəşəriyyətin, kainatın, yer kürəsinin və buradakı həyatın yaranışını bir anlıq gözümüzün önündən keçirir. (təbii ki bu Terrensin obyektivindən olan baxışdır).Ona görə də bu elə “Həyat ağacı”dır, daha Cekin “Ömür ağacı” yox.

Bu ki film deyil…

Filmin sujet xətti haqqında danışmayacam.Əslində heç filmdə sujet xətti də demək olar ki, yoxdur.Terrens Obreynlər ailəsindəki faciə fonunda ümumbəşəri bir film, daha doğrusu film- dərslik yaratmağa çalışıb və buna artıqlaması ilə nail olub, məncə.Çoxları kinoda kadraltı mətnlərin istifadəsini pisləyərkən, Terrens filmin əsas tekstini məhz bunun üzərində qurmaqla uğurlu bir eksperiment edib.Filmdəki dialoqların azlığı isə aktyorları yaratdıqları obrazları tam olaraq açmaq və öz aktyorluq məharətlərini göstətərməkdən bir xeyli məhrum edib, bəlkə də.Amma bunu Bred Pitt haqqında demək olmaz.(Bu barədə bir az sonra)

Film başlanan andan qurtaran saniyəyədək insanı ona bağlayan əsas elemetlərdən biri də qulaqoxşayan və filmi insana tam olaraq yükləyən musiqidir.Buna görə mən bu filmi hətta film- opera da adlandıra bilərdim.Hərçənd bu qədər abstraksiya fonunda mən “Həyat ağacı”nı Art-Haus kimi qavradım.Onun Art-Hausdan yeganə fərqi isə yalnız geniş prokatlara çıxmağında idi, gəl ki burada da əldə edə bilmədiyi gəlir onun Art-Haus olduğunu bir daha təsdiqlədi.

Bred Pitt və Şon Pen

Filmdəki əsas baş obrazlardan ikisini Bred Pitt və Şon Pen canlandırır.Düzdür, Cesika Çesteynin yaratdığı ürəyiyumşaq ana obrazı haqqında da sətirlərlə yazmaq olar, amma mən diqqəti tanınmış aktyorların filmin rejissurası nəticəsində necə kölgədə qaldığına yönəltmək istəyirəm.

Əvvəlcə Şon Pen.Ümumiyyətlə iki saatdan artıq davam edən film ərizində Şon Penlə olan səhnələrin xronometrajı cəmi 6- 7 dəqiqə olar, ya olmaz.Baxmayaraq ki, filmin bəzi hissələri də məhz onun dilindən nəql olunur, amma bu yenə də “bu filmdə Şon Pen super oynadı” deməyə imkan vermir.Eyni sözləri Bred Pitt haqqında da deyərdim, gəl ki, Bred Pittli səhnələrin filmdə bolluğu və aktyorun çox uğurlu despot ata obrazı yaratması məni onun haqqında yaxşı sözlər deməyə vadar edir. Hətta Bred Pitt bu obrazla mənə iki il öncə Tarantinonun  “Şərəfsiz Bicbalalar” (Inglourious Basterds) filmində yaratdığı Leytenant Aldo obrazını xatırlatsa belə…

Deyirlər ki..

Deyilənə görə Terrens Malik bu filmi hələ uzun illər öncə çəkmək istəyirmiş və onda bu lahiyənin adı “Q” olub. Lakin nədənsə saqqız 2010-a qədər uzanıb. Bir də onu da deyirlər ki, Terrens bu filmi çəkərkən əlini “Rec” düyməsindən çəkməyib (daha doğrusu operatoru).Nəticədə də 370 saatlıq bir material əldə olunub və yenə deyilənə görə bu filmin “rejissorski” versiyası nə az nə çox, düz 6 saat olacaq.

 Son 2 Cümlə

Belə filmə baxan 10 nəfərdən 9-u artıq 20 dəqiqədən sonra ekran qabağında olmur – bu normaldır. Bu cür filmi elə tək qalıb izləmək yaxşıdır.

0 Responses to “Terrensin əkdiyi “Həyat ağacı””



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Sentyabr 2011
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: