Elimin Toy kimi bir adəti var ???


Mövzuya haşiyə – Toya getməklə aram yoxdur.Belə baxanda birinə gedib, qalan hamısında da sadəcə həmin bəylə gəlinin yerinə başqasını təsəvvür etsəm, elə ora getmiş kimiyəm. Çünki mənə görə toyların bir çoxlarının bir-birindən yeganə fərqi yalnız bəylə gəlinin başqa olmasındadır.Fərqli toyunuz olacaqsa, onda məni də mütləq çağırın…

Danışmaq istədiyim əslində tam başqa bir şeydir, buna toy strategiyası da demək olar.Yəni yaxınlarda toyunun olacağını bilən bəy və onun ailəsi toydan qabaq başlayır toya insan (məbləğ) yığmağa. Bu hələ dəvətnamələrin verilməsindən də lap –lap əvvəl başlayır.Bəy başlayır illər boyu axtarmadığı keçmiş iş, qrup, sinif və az qala bağça yoldaşlarını arayıb axtarmağa, mehribançılıq yaratmağa (adətən telefonla). Bir ay öncə başıma gəlib.Demək 6-ci sinifə qədər paralel oxuduğum, burada olanda heç vaxt mobil nomrəmi bilməyən paralel sinif yoldaşım 12 il sonra “Urisiyyət”dən mənə zəng edib hal- əhval tutur. Bunun şokundan ayılmamış isə bir ay sonra mənə öz toyuna dəvətnamə gətirir. İkinci fakt – mənim adımı bilməyən, eləcə də mənim onun adını bilmədiyim, yalnız bir neçə dəfə  mafia klubda görüşdüyümüz və məni yalnız ləqəblə tanıyan insan “hörmətli yoldaş” adı  ilə mənə o gün dəvətnamə verib. İnanmaq istərdim ki, bütün bu insanlar həqiqətən də məni öz toylarında görmək istəyir, amma kimi aldadıram ki? Onlarçün mən məbləğdən başqa bir şey deyiləm.

İkinci strategiya – Toyda lazımlı ola biləcək insanlarla əlaqələrin qurulması. Buraya toydan ən azı 4- 5 ay əvvəl (şübhə doğurmamaq üçün) müğənni, meyxanaçı, aparıcı və musiqiçilərlə dostluq yaratmaq daxildir.

Mənə görə – İndiki toyları tənqid edərkən elə yerindən duran, hətta bunu bəyənənlər də belə “mən də nəsə bir söz deyim” xətrinə toyların diskotekaya döndüyünü deyirlər. Sonra da hətta bunu qərbin təsiri adlandırırlar. Qərb toyundan misal – Orada toyu olan bəy və gəlin toydan qabaq oturub böyük çətinliklə toya dəvət olunacaq yaxınların, həqiqətən də bu toyda görmək istədiklərini və həqiqətən bu toyda olmaq istəyənlərin siyahısını hazırlayırar. Daha bizdəki kimi “hörmətli yoldaş” yazısı ilə 150 əlavə dəvətnamə çap etdirib, adını bildi- bilmədi, ömründə bir dəfə  salam verdiyi və harada gəldi, kimə gəldi, necə gəldi dəvətnamə sırımırlar.Bəs görəsən bunu niyə qərbdən misal götürmürlər bizimkilər?

Mən hələ toya qarın doydurmağa gedənləri, toyda evlənmək üçün qız axtaranları (eləcə də əksinə), hər toyda təkbaşına öz “mahnısını” çaldırıb oynayanları, toya getməyəndə adamı görüb salam verməyənləri və toyda o qədər içib evə xərəkdə aparılanları demirəm…

4 Responses to “Elimin Toy kimi bir adəti var ???”


  1. 1 Melek Angel Abdinova Sentyabr 23, 2011 tarixində, saat 5:58 axşam

    Bu yaxında toy mahnıları adlı bir post yazmışdım🙂
    Elə indi evə gələndə də qrup yoldaşımla bu haqda danışırdıq. Məbləğ söhbəti ilə tam razıyam🙂 Eynilə voleybol oyununda bizə pas atılmadıqca özümüzü göbələk kimi hiss etdiyimiz kimi, burda da özümüzü gəzən pul kimi hiss edirik🙂

  2. 2 Eyyub Sentyabr 23, 2011 tarixində, saat 7:21 axşam

    tam semimin gozel meqaledi

  3. 3 Raiq Aliyev Sentyabr 24, 2011 tarixində, saat 12:12 səhər

    Miri əla🙂 Uğurlu yazıdır, razılaşıram səninlə…:)

  4. 4 mirbagir Sentyabr 24, 2011 tarixində, saat 10:40 səhər

    😉


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Sentyabr 2011
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: