Yeddi Kino İstərəm – Tom Henks (Tom Hanks)


Tom Henks mənə kinonu sevdirən aktyorlardan biridir. “Ən çox sevdiyin aktyor hansıdır?” sualını xoşlayana qədər bu suala adətən “Tom Henks” cavabını verirdim. Dəqiq xatırlamıram, amma məncə onun ifasında baxdığım ilk film “Böyük” (Big) filmi olmuşdu, onu mənim gözümdə ucaldan isə sözsüz ki, “Forrest Gump”  idi. “Forrest Gump” elə filmlərdəndir ki, onu heç vaxt heç kimə məsləhət görmürəm. Çünki mənə həmişə elə gəlir ki, bu filmə baxmayan insan yoxdur.Yox, əgər varsa, onda qoy deməsin bunu, sadəcə gizlicə baxsın bu filmə.

 

Düz 25 filminə baxdığım Tom Henksdən 7 film  seçmək o qədər də asan deyil.Amma bu heç də o demək deyil ki, onun bütün filmləri şedevrdir. Elə son dövrdə Den Braunun “Mason nağılları” əsasında lentə alınan filmlər silsiləsi və  aktyorun orada yaratdığı Professor Langdon obrazı məncə çox zəif alınıb. Bu siyahıya bir neçə ay bundan öncə Henksin özünün rejissorluq etdiyi və baş rolda çəkildiyi Larri Kraun (Larry Crowne) filmini də əlavə etmək olar. Amma bütün bunlarla mən heç də Henksin digər uğurlu obrazlarının və iki Oskarının üstündən xətt çəkmək istəmirəm, əksinə ümidvaram ki, onun qarşıdakı obrazları Viktor Navorski, Çak Noland, Kapitan Con Miller, Maykl Sallivan, Pol Edgkomb, Mister Vayt və başqaları kimi uğurlu olacaq. Oskar demişkən onu da qeyd edim ki, Tom Henks kino tarixində dalbadal 2 dəfə ən yaxşı kişi roluna görə Oskar almış iki aktyordan biridir. Ona qədər isə bunu yalnız Spenser Treysi edə bilmişdi.

 

 

1) Onların Şəxsi Liqası / A League of Their Own

 

2) Sietldə Yatmayanlar / Sleepless in Seattle

 

3) Forrest Qamp / Forrest Gump

 

4) Sıravi Raynı Xilas Etmək / Saving Private Ryan

 

5) Tənha / Cast Away

 

6) Terminal / The Terminal

 

7) Bacarsan Tut Məni / Catch Me If You Can

 

 

Extra 3

 

Yaşıl Mil / The Green Mile

 

Sizə Məktub Var / You’ve Got Mail

 

Böyük / Big

 

 

Qeyd: Filmlərin üzərinə “tıklamaqla” izləmək mümkündür.

 

0 Responses to “Yeddi Kino İstərəm – Tom Henks (Tom Hanks)”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Sentyabr 2011
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: