Bu Dublyaj ki var – Çox çətin Məsələdir…


Bu dəfə dublyajdan danışacam. Yox, yox, mənim “fuck” və onunla bağlı ifadələrin dilimizə necə tərcümə olunduğundan və ya necə tərcümə olunmalı olduğundan danışmaq niyyətim yoxdur. Azərbaycan dilinə dublyaj edilmiş filmlərə baxmıram deyib özümü aristokrat kimi göstərməyə də çalışmayacam. Sadəcə bu məsələyə leksik prizmadan yanaşıb bəzi “niyələrə” ola bilsin ki, “buna görə” cavabını tapa bildim.

İlk olaraq müqayisə edəcəyimiz dillərdəki söz sayına baxaq. Təqribi rəqəmlər belədir.

–          İngilis  dilində sözlərin sayı 1 milyona yaxındır.

–          Rus dilində 450 min

–          Türk dilində 104 min

–          Azərbaycan dilində 45 min

Buradan ingilis dilində olan bir filmin bunlardan hansına daha yaxşı tərcümə oluna biləcəyi aydın şəkildə görə bilərik. Düzdür, rusiyada 10 –dan artıq professional dublyaj studiyaları var və onlar da öz növbəsində səslənmə və tərcümənin keyfiyyəti baxımından önəmli rol oynayır. Amma hər halda bu studiyalar bizdə olsaydı belə, yenə leksik nöqteyi- nəzərdən bizim dublyaj zəif olacaqdı.

Bəzi məqamlar

Bizdə dublyajı televiziyalar etdiyindən elə filmin adını da hərə özü bildiyi kimi tərcümə edir, mən hələ dialoqları demirəm. Elə təkcə məhşur  “Inglourious Basterds”  (Бесславные ублюдки) filmini misal gətirirəm –  Filmin adı dilimizə televiziya və mətbuatda Şərəfsiz Əclaflar, Şərəfsiz Alçaqlar, Şərəfsiz Mələzlər, Şərəfsiz İt Uşaqlar, Şərəfsiz Bicbalalar, Şərəfsiz Yaramazlar və s. və s. kimi tərcümə olunsa da, özünə əməlli BİR ad tapa bilməyib.

Filmlərdə tez- tez frazeloji vahidlərdən istifadə edilir və sözsüz ki, ingilis, rus, fransız və s. dilində olan frazeloji vahidlər olduğu kimi tərcümə oluna bilməz və bizim dilimizdə olan alternativ frazeloji vahidlə əvəzlənməlidir. Gəl ki çox vaxt qulağıma dəyən “əndrabadi” cümlələrdən hiss edirəm ki, hər hansı bir idiomu yenə olduğu kimi tərcümə ediblər.

Daha bir – iki məqam da var ki, çox güman bizim dublyaj professional səviyyəyə çatdıqda bunları da nəzərə alacaqlar. Buraya şeir və mahnı tekstlərinin qafiyəli tərcüməsi və səslərin danışanın artikulyasiyasına uyğun şəkildə otuzdurmaqla sanki obrazların elə həmən dildə danışırmış kimi təsəvvürünü yaratmaq daxildir. Allahtərəfi danışsaq, dublyaj işində mən hələ Aztv – dən başqa heç bir telekanalda professionalığa oxşar bir şey görməmişəm.

Xüsusi məqam

Biabırçılıq adətən filmin ilk titrlərindən də başlayır. O bir – iki az qala 70 yaşlı nənələrin də tanıdığı aktyor – filan olsa, bəxtləri gətirdi. Vay o gündən ki, populyarlardan olmadılar, necə gəldi atacaqlar bir variant, onda da tutdu Reyf Fayns (Ralph Fiennes), tutmadı Ralf Finnes.

4 Responses to “Bu Dublyaj ki var – Çox çətin Məsələdir…”


  1. 1 Ziya Oktyabr 11, 2011 tarixində, saat 1:08 axşam

    Bu məlumat hansı mənbəyə əsaslanır:

    İngilis dilində sözlərin sayı 1 milyona yaxındır.
    Rus dilində 450 min
    Türk dilində 104 min
    Azərbaycan dilində 45 min

    • 2 mirbagir Oktyabr 11, 2011 tarixində, saat 2:13 axşam

      Azərbaycan və Türk dilləri orfoqrafik lüğətə, İngilis dili üçün bu məlumat hələ 2006 -ci ilə aiddir, rus dilinin orfoqrafik lüğətində isə 200 mindir, ancaq forumlarda çoxu bu rəqəmin 500 min olduğunu deyir. Orası da var ki, orfoqrafik lüğət hamısı demək deyil

  2. 3 Ziya Oktyabr 11, 2011 tarixində, saat 10:47 axşam

    Yox yəni orfoqrafik luğət deyəndə kitabınız olduğunu nəzərdə tutursuz? yoxsa e-kitab.Əgər bu məlumatın hər hansı bir e-variantı varsa paylaşsaz minnətdar olaram.Ümumiyyətlə bu məlumatın doğruluğuna şübhəm var.Türkiyə türkcəsinin Azərbaycan türkcəsindən zəngin olduğunu düşünmürəm.Əgər internetdə tapılanlar bu məqalədə mənbə kimi istifadə olunursa onda mən də wikipedianı(mütləq həqiqət qəbul etməsəm belə) bu məlumatıma mənbə kimi göstərə bilərəm.
    O ki,qaldı film tərcümələrinə hər ölkədə bu barədə xəta var.Türkiyədə “accidental spy” filmi “altın yumruk İstanbulda” deyə tərcümə olunmamışdımı?!Dublyajımızı peşəkarlaşdırmalıyıq razıyam,amma bu o demək deyil ki,xaricdə olan hər şeyi yaxşı kimi qəbul etməliyik.sizi hansısa kitabda neçəncisə səhifəyə istinad etmədiyinizə görə qınamaq fikrim yoxdu,amma dilimiz barədə qəmgin olmağınıza səbəb dilimizin zəngin olmaması yox bu zənginlikdən istifadə olunmaması olmalıdır.

    • 4 mirbagir Oktyabr 12, 2011 tarixində, saat 11:43 səhər

      Ziya bəy, ilk olaraq onu qeyd edim ki, mən ixtisasca dilçiyəm və bu məqalədə məqsədim diqqəti dublyajın keyfiyyətsizliyinə yönəltməkdir, dillərdəki leksik vahidlərin sayını müqayisə etmək yox. Mən onlarla kitaba istinad edə bilərəm və onların hər biri də müxtəlif rəqəm göstərə bilər. Ən optimal variant isə həmin dildə olan orfoqrafik və izahlı lüğətlərdə olan söz sayına görə nəsə demək olar. Amma yenə də bu da o demək deyil ki, bu belədir. Mən indi sizə sadəcə lüğətlərin adlarını deyəcəm, yəqin netdə bu barədə tapa biləcəksiniz.
      – 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58 000 sözü əhatə edib, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.
      – 2005 -ci ildə nəşr olunan “Güncel Türkçe Sözlük” də bu rəqəm 104481 -dir. “Büyük Türkçe Sözlük” də isə 616.767.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Oktyabr 2011
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: