Dialoq


–         Saat neçədir?

–         Saat?

–         Hə. Saat.

–         Sən yerli vaxtı soruşusan da yəqin?

–         Hə, indi saat neçədir – bax onu soruşuram.

–         Başa düşdüm ee indiki vaxtı soruşusan. Amma mən dəqiqləşdirmək istəyirəm ki, sən indi Bakı vaxtı ilə soruşusan, yoxsa, başqa bir yer.

–         Səncə bəs?

–         Məncə yerli vaxtı soruşusan.

–         Bəs söhbəti bu qədər uzatmağın mənası nədir. Bir başa cavabı da verə bilərdin.

–         Mən sadəcə dəqiqləşdirirdim…

–         Dəqiqləşdirdin?

–         Hə.

–         Bəlkə indi saatı deyəsən.

–         İndiki vaxtı soruşusan, yoxsa bayaq soruşduğun vaxt soruşduğun vaxtı?

–         Başa düşmədim..

–         Yəni birinci dəfə soruşduğun vaxtı soruşursan, yoxsa indi hazırda soruşan andakı vaxtı?

–         Nə fərqi?

–         İndiki fərq cəmi 1 dəqiqədir. Amma bu də hələ son deyil. Bu söhbətin uzanmasından asılı olaraq vaxt da dəyişir. Odur ki, dəqiq qərar verən kimi mənə de. Mən də həmən an sənə verəcəyim cavaba sərf edəcəyim vaxtı həmin vaxtın üzərinə gəlib tam dəqiq vaxtı sənə deyəcəm.

–         Məncə bir şeyi unutmusan…

–         Nəyi?

–         Sən gərək verdiyin cavabın mənim qulaqlarımdan keçib qulaq pərdəsini titrədərək oradan da impulslara çevrilib mənim beynimə ötürülərək orada mənim qavrayacayım informasiya olana qədər keçən zamanı da bu vaxtın üzərinə gəlib mənə deyəsən. Onda bəlkə  az xətaya yol verdin.

–         Bu nə qədər edir?

–         Bu individualdır.

–         Səndə nə qədərdir?

–         Ümumiyyətlə bu sənin deyəcəyin cümlənin uzunluğundan və səs tezliyindən asılıdır.

–         Yaxşı mən bunları da nəzərə alacam. Sən saatı soruşacaqsan ?

–         Mən saatı artıq soruşmuşan.

–         Bəs indi soruşmaq istəmirsən?

–         Mən vaxta qənaət etmək istəyirəm. Sual eyni olaraq qalır.

–         Bura bax, söhbəti bu qədər niyə uzadırsan?

–         Mən? Mən söhbəti uzadıram? Yuxarıdakı dialoqa bax hələ. Gör kimdir səhərdən filosofluq edən. Sən yoxsa, mən?

–         Düzdür əvvəl mən başladım, amma sonra sən uzatdın da söhbəti.

–         Mən?

–         Hə, sən

–         Elə bilirsən mən özbaşınayam?

–         Guya mən özbaşınayam. O nə deyir, mən də onu deyirəm də.

–         Sənə də O deyir bunları?

–         Hə. Sənə də?

–         Hə.

–         Onda belə çıxır ki, O özü – özü ilə danışır?

–         Yəqin xəstədir də..

–         Yəqin yox, 100%  xəstədir…

0 Responses to “Dialoq”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Oktyabr 2011
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: