Facebook – u necə Fakebook etdilər…


Tanışlarımdan biri bir neçə il bundan öncə Facebook – u  3 milyonluq auditoriyası qarşısında Fakebook  (fuckbook) kimi tələffüz etmişdi. Sonradan hər şey elə onun dediyi kimi oldu – Facebook Fuckbook da oldu, Fake(feik)book da…

İlk olaraq Zakrberqdən (Mark Zuckerberg) başlayacam. Son zamanlar xarici adların bizim dildə kimin dilinə necə yatdı, ya da necə xoş gəldi tələffüz etmək dəb halını alıb deyəsən. Savadlı aparıcılar da bu yandan ağızlarını əyib – üyərək guya ingilis ləhçəsində nəsə tələffüz edib özlərini intellektual göstərmək istəyərkən mən orfoepiya kitablarının kitabxanalarda niyə kif gətirdiyini anlayıram. Qısası, çoxlarının “lager” saldığı facebook sosial şəbəkəsinin yaradıcılarından biri olan və çoxlarının Zukerberq və ya Çukerberq kimi tələffüz etdikləri insanın adı əslində Zakrberq kimi tələffüz olunur – Mənbələrdən biri  orijinal dildə “Sosial şəbəkə” (The Social Network) filmi. Əgər inanmayan varsa və əgər onun profilində 500 tanımadığı insana dostluq göndərmə səbəbindən “dost kimi əlavə et” düyməsi hələ də  aktivdirsə, onda Zakrberqin özünə dostluq göndərib soruşsun.

Ola bilsin ki, facebook nə vaxtsa, səviYYəli bir sosial şəbəkə idi, amma mən indi onun az qala telefon çatları SƏVİyyƏsinə endiyini görəndə Odnoklassiki və Magentə hörmətim artır.

Hətta vəziyyət o yerə çatıb ki, hər hansı bir qızın birdən əli çaşıb klaviaturaya dəysə və orada “sdgfskger” deyə bir şey yazılsa belə, qız onu pozmağa macal tapmamış saniyənin 1/10-də bu statusun altına 15 like və 10 dahiyanə şərh düzüləcək.

Status demişkən statusla bağlı bir müsbət tərəfi də vurğulamalıyam hökmən. Bu statusların bir yaxşı tərəfi də budur ki, bunlarla insanları bir növ qiymətləndirirsən. Hərdən görürsən ki, real həyatda normal statusa malik insanlar face – də elə status yazırlar ki, adam lap Əmrahın mahnısına qulaq asmaq istəyir. Necə deyərlər – Adamı profil şəklinə görə qarşılayıb, statusuna görə yola salarlar.

Hər şey bir qappaza, daha doğrusu bir Like – a…

Belə bir cizgi filmi var, yəqin baxmısınız. Orada hər şey bir qappaza idi. Deyirəm belə getsə, bizdə də hər şey bir Like – a olacaq. Şəkil yarışması edirsiz, eybi yox, şeir yarışması edirsiz, buna da göz yummaq olar, amma qısa metrajlı film müsabiqəsi elan edib filmləri də like ilə qiymətləndirmək – bax bu lap ağ oldu.

Nəisə, gedim dilimizdə yaranan yeni söz və söz birləşmələri haqqında araşdırma aparım. İlk olaraq elə bu gün Tv-dən eşitdiyim iki söz birləşməsindən başlayacam. Onlardan biri “gözlərindən elektrik alıram”, digəri isə “kənd rayonları” olacaq.

0 Responses to “Facebook – u necə Fakebook etdilər…”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Oktyabr 2011
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: