Dünyanın dağıldığı gün…


İntro

 

Hamı havadan və təbiətin təsvirindən başlayır.  Mən niyə belə etməyim ki? Hava soyuq idi. Bəli, sadəcə soyuq. Heç bir bəzək –düzəksiz soyuq. Ağaclar da elə adi ağaclar idi və tumurcuqlar da öz kefi ilə çiçəklənməyə doğru gedirdi. Qaranquşlar isə artıq vizalarını alıb sabah – bir gün gəlməli idilər. Qısası Mart ayı idi. Daha dəqiq martın 10 – u. Niyə məhz 10 – u ? Onu istəmirsiz, olsun 11 – i, ya da 12 – i, bəlkə lap 21 – i olsun? Yox, yox, 21 – i iş günü deyil, bu isə mənim hekayəmin gələcək sujet xəttini inkişaf etdirməyə mane olacaq. Odur ki, elə 10 – u olsun. Lap dəqiqi desəm, 10 – u  səhər saat 8. Onlar , yəni mənim qəhrəmanlarımın 4 – ü də eyni vaxtda yuxudan tər basmış, həyəcanlaşmış, qorxmuş, qısası qarabasmış şəkildə oyanırlar. Təsadüfdən yox, elə zərurətdən onların dördü də eyni yuxu görmüşdülər. Çünki bunu mən fikirləşirəm. Yuxuda isə onlar dünyanın dağıldığını görmüşdülər. Səhər Tv- ni açanda da onlar hər hansı bir müqəddəsin  bu gün axşam saat 22 : 00 –da dünyanın dağılacağını dediyi xəbərini eşitdilər. Üstəgəl ulduz falının da hər 4 – ü üçün  “ya bu gün , ya da heç vaxt” proqnozunu verməsi hər şeyi qətiləşdirdi. İndi artıq onların 4 – ü də məhz bu gün dünyanın dağılacağına əmin idilər və bu gün onlar “ya bu gün , ya da heç vaxt” prinsipi ilə həyatlarını dəyişmək qərarını vermişdilər.

 

Bəs onlar kim idi? – Sözün doğrusu hələ onları fikirləşməmişəm. Amma fikirləşən kimi mütləq ardını yazacam..:)

 

 

0 Responses to “Dünyanın dağıldığı gün…”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Oktyabr 2011
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: