Yağış yağır, bizdə damır…


Yağış yağır

Bizdə damır

Divarlar da

basıb mamır

Nə çörək var, nə də xamır…

 

Yağış yağır

Hava soyuq

Yumurtlamır

bizim toyuq

Kəsiləcək! Düşsün duyuq…

 

Yağış yağır

Gah zil, gah bəm

Ciyərlərim

çəkibdi nəm

Təəccüblənmə tutsam vərəm…

 

Yağış yağır

Gündüz – gecə

Qarşısını

alaq necə?

Bir kim də yox gəlsin vecə…

 

Yağış yağır

Kefim arıq

Bir çəkməm var

O da yarıq

Harasına vurum sarıq?

 

Yağış yağır

Bizdə damır

Arzular da

basıb mamır

Onlar simbioz yaşamır…

1 Response to “Yağış yağır, bizdə damır…”


  1. 1 raya1993 Oktyabr 27, 2011 tarixində, saat 10:46 səhər

    Super =D


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Oktyabr 2011
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: