Dialoq – 2 (Yaradıcı münasibət)


–          Hava çox soyuqdur

–          Həə, çox soyuqdur

–          Bir az yaradıcı ol daa..

–          Başa düşmədim???

–          Mən deyirəm –“ Hava çox soyuqdur” , Sən də deyirsən – “ Həə , çox soyuqdur”

–          Burada nə var ki?

–          O var ki, sən də elə mənim dediyimi təkrarlayısan. Bu isə çox maraqsızdır. Yaxşı olar ki, sən nəsə başqa bir şey deyəsən.

–          Məsəlçün?

–          Məsəlçün, mən deyəndə ki, “Hava çox soyuqdur”, sən deyə bilərdin “Antarktidada bundan 20 dəfə soyudur”. Bu həm, Antarktida haqqında mənçün yeni informasiya olardı, həm də mənə təsəlli.

–          Məncə yox.

–          Niyə yox?

–          Birincisi, əgər sən bunu deyirsənsə, demək  bu informasiyanı bilirsən və bu sənin üçün Antarktida haqqında heç də yeni bir şey olmayacaqdı. İkincisi də əgər sən artıq bu informasiyanı bilirsənsə , demək  özün – özünə təsəlli də verə bilərdin.

–          Səhv etmirəmsə, bu məsəlçün idi…

–          Mən də, məsəlçün deyirdim elə.

–          Başa düşmədim…

–          Deməyim odur ki, mən hər dəfə yaradıcı olub, sənin hər hansı bir fikrinə münasibət bildirərkən yeni informasiyalı bir şərh verməyə çalışsam,  bunun sənin artıq bilib – bilmədiyini hardan bilim?

–          Sən bu qədər dərinə getmə. Əsası odur ki, yaradıcı olmağa çalış və mənim dediyimi təkrarlama.

–          Yaxşı.

Bir neçə dəqiqə keçdi…

–          Sabah 100% yağış yağacaq…

–          İlk dəfə qabaqcadan hidrometeoroloji proqnoz verməyə çalışan adamın proqnozu səhv çıxdığına görə özünü öldürüb. Məncə çox kişisayağı hərəkətdir. Şəxsən mən də onun yerində olsaydım belə edərdim.

–          Mənə eşitdirirsən?

–          Yox, yox. Bu sadəcə yaradıcı münasibət və yeni informasiyadır.

–          Yaman tez öyrənirsən.

–          Çalışıram.

İki neçə dəqiqə keçdi…

–          Gərək özümə motosikl alım.

–          Statistikaya görə hər il yol qəzaları zamanı motosikl ilə qəzaya düşənlərin 90 faizi həlak olur. Yerdə qalan 10 faiz də yalnız təcrübəli motosikl sürücüləridir. Sənin də indiyədək motosikl sürmək təcrübən olmadığı nəzərə alsaq, özünü ölmüş hesab edə bilərsən.

–          Qulaq as, bəlkə sən elə birinci varianta qayıdsan.

–          O hansı idi ki?

–          Mən nə dedimsə, sən de elə onu təkrar deyirsən variantına…

–          Bəs yaradıcı münasibət?

–          Onsuz da keçinərik…

0 Responses to “Dialoq – 2 (Yaradıcı münasibət)”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Oktyabr 2011
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: