Mahsun Kırmızıgül və Justin Timberlake-i nə birləşdirir ?


Mahsunu Timberlake ilə çox şey birləşdirə bilər – hər ikisi insandır, hər ikisinin cinsi kişidir, hər ikisi avropoiddir, hər ikisi şimal yarımkürəsində yaşayır, hər ikisi müğənnidir  və s. və i.a. etc.  и.т.д.

Axırıncı  yarımcümlədə bir az dəqiqləşdirmə aparıb deyə bilərəm ki,  artıq bir neçə ildir onların hər ikisi müğənniliyin daşını atıb özlərini başqa yerdə – Kinoda TAPIBLAR deyəsən.  Lap əcəb ediblər. Nə qədər pis olsa belə, oxuduqları pop musiqidən ən azından 10 addım irəlidədirlər. Görünür Timberlake  artıq “hər oynaya –oynaya oxuyan Maykl Cekson olmaz”  həqiqətini dərk edib. Elə Mahsun da görün məni necə  təəccübləndirib ki, hətta onun haqqında yazı yazmağa belə vadar edib. Düzdür, son çəkdiyi və çəkildiyi filmi bir az Hollivudunsayağı etmək istəyi göz çıxartmaqla nəticələnib, amma bu onun öncəki iki filminin (Beyaz Melek  və Güneşi Gördüm) üstündən xətt çəkməyə haqq vermir.  Musiqi albomları ilə filmlərinin ümumiyyətlə müqayisəyə gəlmədiyi Mahsunun seçimi alqışlayıram.

Eyni sözləri Timerlake haqqında da demək olar, amma bir az ehtiyyatla. Çünki oğlan deyəsən son dövrlər qabağına düşən istənilən ssenariyə  HƏ deyir.  İldə 2-3 filmə çəkilməklə əməlli – başlı Hollivuda girişmiş Timberlake deyəsən fikrində ciddidir. Aktyorluğuna sözüm yoxdur demərəm, amma babatdır. Yaxşı rejissor yaxşı istifadə edə bilər. Necə ki, Finçer Sosial Şəbəkədə edib.

2 Responses to “Mahsun Kırmızıgül və Justin Timberlake-i nə birləşdirir ?”


  1. 1 rahib Yanvar 9, 2012 tarixində, saat 4:45 axşam

    birlesdirir demezdim, Justin gozumden dusur qalxir, rollari ziq zaq kimidi. amma Mahsun esl rejissor ve aktyor evvelki iki filmde dusunmeye vadar edir adami.

    • 2 mirbagir Yanvar 12, 2012 tarixində, saat 5:31 axşam

      Raziyam🙂


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Noyabr 2011
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: