Van Damm vurar, yoxsa Bryus Li ?


Bu gün Tv-də Van Dammın ifasında “The Quest” ( 1996) filmi gözümə sataşdı, ardından da köhnə soyuducumuzun (elə bilməyin ki, təzəsi də varımızdı :)) üstünə yapşdırdığım kənarları ağarmış və qopalmış şəkilləri görüncə uşaqlıqda bir – birimizə verdiyimiz ən populyar sual – “Van Damm vurar, yoxsa Bryus Li ? ” yadıma düşdü. Görəsən indi də uşaqlar bu sualı bir – birilərinə verirlər, yoxsa artıq bu sualı “Polat Alemdar vurar, yoxsa Ceyson Stethem” əvəzləyib ?
1990 – 1998 –ci illərdə dünya kinosunun şedevrləri çəkilsə də, nədənsə o vaxtı əksəriyyət Vad Damm, Çak Norris, Stiven Siqal və bu sıradan olan digər “Super Qəhramançik”lərin adlarını əzbər bilirdilər. Əvvəl düşündüm ki, o vaxt telekanalların azlığı, internetin yoxluğu və bu kimi amillər geniş seçim etməyə imkan verməyib. Əgər bu belədirsə, onda niyə indi hamı Necati Şaşmazı tanıyır, amma Deniel Dey-Lyuisi, Şon Peni, Edrian Broudini, Kristian Beyli və s. və i.a. -ı vur –tut bir – iki nəfər tanıyır. Axı onlar da Necati Şaşmazla eyni zamanda və eyni məkanda (yer kürəsində) yaşayıb YARADIRLAR. İndi ki telekanal və internet problemi yoxdur. Bəs indi nə olub, hə?

0 Responses to “Van Damm vurar, yoxsa Bryus Li ?”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Noyabr 2011
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: