I Don’t Care


Belə sürətlə inkişaf edən, dəyişən, gözəlləşən, çirkinləşən, binaları get –gedə hündürləşən, insanları cındırlaşan, ay belə aşıb-daşan, qloballaşan, formasını dəyişib kvadratlaşan bu dünyaya çox da bel bağlama.
Belə də ki, səndən mənə nə? Sadəcə gəlişi gözəl olan sözlər idi yazdım. Çox maraqlıdır mənə, sən necə olacaqsan, ya necə öləcəksən? Öz dərdlərim özümə bəsdir. Sabah olacağıma, ya sabah olacağına ümidim olmayarkən, başqasına verdiyimi ümiddən şor iyi gəlməzmi?
Kimi aldadırıq bu fəlsəfə dərsləri ilə? Çoxmu maraqlıdır bizə başqaları? Doğurdanmı biz bu qədər humanistik, yoxsa sadəcə özümüzü başqasından nə qədər savadlı, ya dünyagörüşlü, ya dünyəvi, ya insansevər olduğumuzu göstərmək üçün bütün bunları göstəririk. Ya doğurdanmı az qala Antarktidada başına buz düşüb ölmüş Pinqvinə görə də polemika edənlər ətrafındakı doğmalarına qarşı da bu qədər diqqətcildirlər?
Bəlkə də hə. Axı mən obyektiv deyiləm. Öz arşınımla ölçürəm. Öz həqiqətimlə və öz səmimiyyətimlə. Kimsə mənim yanımda nəsə bilməyəndə, neandertal –neandertal danışanda, məgər mən onun halına acıyıram? – YOX. Mən sevinirəm və sadəcə sevinirəm. Çünki o mənim heç vecimə də deyil, necə ki mən başqalarının…

2 Responses to “I Don’t Care”


  1. 1 Sabina Savadova Noyabr 22, 2011 tarixində, saat 11:41 axşam

    ‘I don’t care’ -deyən insanlar elə ən çox care edən insanlardı,məncə.

    • 2 mirbagir Noyabr 23, 2011 tarixində, saat 12:01 səhər

      May be🙂


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Noyabr 2011
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: