Serialların Hamısı SABUN KÖPÜYÜ Olmur…


Bu slaydşou üçün JavaScript lazımdır.

Hələ uşaq vaxtlarımdan yadımdadır ki, ОРТ hər şənbə gecələri X- Files televiziya serialını yayımlayırdı. Yəqin ilk baxdığım televiziya seriallarından biri də o olub. Malder və Skallini o vaxt tanımayan yox idi. Sonra bilmirəm necə və niyə oldusa, Cənubi Amerika baseynlərində və Türk mətbəxlərində çəkilmiş “Sabun Köpükləri” ekranı basmağa başladı. Elə o vaxtdan az qala SERİAL sözünü Kinoya təhqir kimi hesab edirdim. Amma gəl ki, elə həmin vaxtlar və elə indi də Cənubi Amerikadan bir az şimalda əsl SERİALLAR da çəkilməkdə idi…Əsl televiziya seriallar…HBO, AMC , FOX və bir çox digərlərinin əsl şedevrləri…
Bu dəfə məsləhət görəcəyim filmlər hazırda davam edən və şəxsən özümün də izlədiyi bir neçə televiziya serialları olacaq…
İlk olaraq BOARDWALK EMPIRE (Подпольная империя) haqqında. Film Keçən ildən yayımlanır və hazırda ikinci mövsüm davam edir. Filmin yaradıcısı Martin Skorsezedir. Bəli, həmin o Skorseze. Baş rolda isə Stiv Buşemidir. Bəli, Bəli, həmin o Buşemi.
Filmdə hadisələr 1920 -30 –cu illər amerikasında, Atlantic City –də cərəyan edir. Stiv Buşeminin canlandırdığı Naki Tomson isə bioqrafik və çox mürəkkəb obrazdır. O bir tamaşaçı üçün mənfi, digəri üçün isə müsbət obraz ola bilər. Filmdə Al Kaponenin cavanlıq dövrlərini də görmək olar. Obrazları daha da yaxşı həzm etmək üçün orijinal dildə baxmaq məsləhətdir.(Səs tembrlərinə görə)
GAME OF THRONES (Игра престолов) – bu serialın ikinci mövsümü apreldə start götürəcək. Film Corc Martinin kitablar seriyası əsasında ekranlaşdırılır. Serialın birinci mövsümü mənə o qədər ləzzət eləmişdi ki, gedib kitabların elektron versiyasını tapdım. Amma sonra fikrimdən daşınıb oxumadım. Serialın növbəti mövsümlərinə marağım ölməsin deyə…
SONS OF ANARCHY (Сыновья Анархии) serialı 2008 – ci ildən yayımlanır və artıq
4-cü mövsümünü izləyirəm. Deyərdim ki, film eyni adlı Bayker Klubunun üzvlərinin qanuni və qanunsuz, yaxşı və pis, qəddar və mülayim fəaliyyətindən bəhs edir.
Artıq 2-ci mövsümü yayımlanan seriallardan biri də WALKING DEAD (Ходячие мертвецы ) filmidir. Doğrusu zombilərdən bəhs edən filmlərdən heç xoşum gəlmir (28 Days Later və 28 Week Later və bir neçə adı yadımda qalmamış filmlər istisna olmaq şərtilə ). Elə Walking Dead də bu cür filmlərdən biridir. Bəlkə də bu ona görə belədir ki, Walking Dead- in yaradıcısı Şouşenkdən Qaçış və Yaşıl Mil kimi şedevrlərin rejissoru Frenk Darabotdır…
Sonda elə bir – iki ay bundan öncə start götürmüş 3 serialın da adını deyib bugünkü seansı başa çatdırıram. HELL ON WHEELS (Ад на колёсах), PERSON OF İNTEREST (Подозреваемый) və HOMELAND (Родина).

Qeyd: Seriallardan istənilən birinə baxmaq istəyənlərə HELP əlimi uzada bilərəm.

3 Responses to “Serialların Hamısı SABUN KÖPÜYÜ Olmur…”


  1. 1 gossip boy Mart 6, 2012 tarixində, saat 6:49 axşam

    Bütün əsl seriallar ABŞ-da çəkilir. Nə Braziliyilalılar kimi atayla qızı bacı qardaş eləmirlər, nə də ki Türklər kimi camaatın sözünü ağzında qoyub növbəti seriyaya keçirtmirlər.
    Person of İnterest bir iki dəfə rastıma çıxıb və çox bəyənmişəm, amma ən çox xoşladığım serial deyil. Hal-hazırda üç serialı yaxından izləyirəm: Gossip Girl, The Vampire Diaries və How I Met Your Mother. Gossip Girl 5-ci sezonundadır və ən yaxşı gənclik serialıdır. The Vampire Diaries 3-cü sezonundadır, ən yaxşı vampir serialıdır. 7-ci sezonu davam edən How I Met Your Mother isə bu günə qədər baxdığım ən gülməli TV serialıdır.
    Bu qədər…

    • 2 mirbagir Mart 6, 2012 tarixində, saat 9:12 axşam

      Bu yaxınlarda start götürmüş Awake və Luck tv serialarına da imkan tapsan nəzər yetir. Xüsusi ilə Awake çox yaxşı alınıb.

  2. 3 gossip boy Mart 7, 2012 tarixində, saat 12:15 axşam

    baxmağa çalışaram..


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Noyabr 2011
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: