Sönməkdə olan Nikolas Keyc (Nicolas Cage)



Hollivud tərəflərdən bizim tərəfdə ən yaxşı və ən çox tanınan aktyorlardan biri də Nikolas Keycdir məncə. Ən azından son ifalarından fərqli olaraq sifəti yaddaqalandır. Vaxt var idi kişinin oğlu gül kimi Koppola soyadından imtina etmişdi ki, birdən deyərlər əmisi Ford Koppolanın hesabına fırlanır. Əgər Next filmində etdiyi ekstrasensliyi real həyatda da bacarsaydı, yəqin indiki gününü görüb bu səhvi heç vaxt etməzdi. Kinolarının artıq neçə ildir ki, bir-birinin ardınca uğursuzluq zolağından çıxa bilmədiyi bir vaxtda bəlkə əmisi, ya da əmisi qızı öz əlini ona tərəf uzadardı. Amma neyləyəsən ki, Keycin ulduzu parlayanda gözləri Hollivud loqosunun yerləşdiyi dağdan o tərəfi görə bilməmişdi. Bir gün şkafına düzdüyü Oskara, Qızıl Qlobusa və PopKorn stəkanlarına baxıb “bunları mənmi qazanmışam?” sualını özünə verəcəyini yəqin heç vaxt ağlına gətirməzdi.
Devid Qeylin canına and olsun ki, Keyclə heç bir şəxsi – qərəzliyim yoxdur. Onun bütün yaxşı filmlərinin heyranıyam. Amma gəl ki, artıq 6 – 7 ildir ifasında heyranlıq bir film görmürəm. İldə az qala üç –üç filmlərə çəkilsə də, həmyerliləri demişkən hamısı “Bullshit”dir. Hərçənd hər dəfə yeni bir proyektinin elan olunduğunu görərkən azacıq da olsa, ümidlənirəm ki, bu yaxşı alınacaq, baxmayaraq ki, onların da adlarından uğur və keyfiyyət iyi gəlmir.

2 Responses to “Sönməkdə olan Nikolas Keyc (Nicolas Cage)”


  1. 1 Səfər Dekabr 7, 2011 tarixində, saat 7:53 axşam

    Kiminin axırı kiminin əvvəli

  2. 2 Multiplication Chart Dekabr 18, 2011 tarixində, saat 1:12 axşam

    i like it


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Dekabr 2011
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: