“K” Əməliyyatı


Klaviaturam passivlikdən az qala pas atacaqdı ki, bir yazı keçdi könlümdən. Arada bir, ya da iki dostlarla gələcəyi proqnozlaşdırıb Nostradamusluq eləməyi çox xoşlayıram. Sonuncu proqnozlarım az qala yavaş –yavaş həyata keçməyə başlayarkən şortikimi başıma çəkib həyacan siqnalı vurmağı qərara aldım. Məncə bu templə getsə orta yaş həddimiz kəskin sürətdə aşağı enəcək. Təbii ki, bu templə getməyəcək, daha da belinə qoyacaq. Nə? – Elm, tərəqqi, İT və s, və ay axır. Heç bir rəqəmlər və aretezian araşdırmaları – falan aparmadan bu qərara gəlmişəm. Sadəcə doğmalarımı, yaxınlarımı və uzaqlarımı müşahidə etməklə və bir az da dərinə getməklə.
Yadımdadır kı, babam 76 yaşında vəfat etdi. Nənəm 86 yaşında. Deyilənə görə anamın nənəsi 110 yaşdan çox edib, gözümlə görməmişəm, amma inanıram.
Daha sonra böyük dayım 55-i keçməmiş şəkərdən dünyadan köçdü. 3 il öncə böyük əmim 60-ı təzəcə adlamış Xərçəngin qurbanı oldu. Ondan iki ay sonra isə atam 58 yaşında eyni xəstəlikdən dünyasını dəyişdi. Özüm və dost – tanışlarıma Asteniyadan tutmuş mədə eroziyasına qədər azı 20 adda diaqnoz qoyublar – yaş həddimiz isə cəmi 22- 27 arasıdır.
Məntiqi nəticə – Nənəm və Babalarım İT-nin demək olar ki, olmadığı dövrlərdə yaşayıblar. Əmim və dayılarım İT –nın yaranması və sonrakı mərhələlərində yaşayıblar, ya da demək olar ki, yaşaya bilməyiblər. Bu gün mənim, tanışlarımın və demək olar kı, həmyaşıdlarımın çoxunun ancaq yatanda İT-dan ayrıldığını nəzərə alsaq, onda mənim 45 yaşıma çatmağımı Şirəli Babanın uğuru ilə müqayisə etmək olar.

0 Responses to ““K” Əməliyyatı”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Dekabr 2011
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: