Şaxtababa necə öldü – Böyüklər üçün nağıl :)



Bir var idi, bir yox idi. Bir çoxbilmiş Təriş var idi. Uşaqlıqda hamı Şaxtababaya inanarkən Təriş onu vecinə belə almırdı. Uşaqlar ona arzu məktublarını yazanda Təriş ona məzə məktubları yazırdı. Amma necə və nə cürsə, Tərişdən başqa bütün uşaqlara hədiyyə gəlirdi. Təriş isə uşaqlara “ ata – ananız alıb qoyub ora, ay qoyunlar” deyib özünə təsəlli verərdi. Beləcə illər keçdi və Təriş böyük oğlan oldu.
Bir yeni il gecəsi nəyi var yeyib – içdikdən sonra evə qayıdan Tərişinin dumanlı beynindən hardansa Şaxtababaya məktub yazmaq keçdi. Bu dəfə yazdığı məktubda uşaqlığından fərqli olaraq onunla məzələnmədi və həqiqətən nəsə yazıb istədi. Sonra corablarını çıxardıb məktubu onun içinə salaraq YOLKAnın yanından asdı. Özünü isə bir təhər sürüyüb yatağa atdı.

Şaxtababa inbox-una sonuncu dəfə baxanda təəccübdən az qala saqqalı qaralacaqdı. 25 yaşlı bir cavan ondan hədiyyə istəyirdi. Amma Şaxtababanı təəccübləndirən bu deyildi. Əsas məsələ məktubu kimin yazdığı idi. Bəli, bu o idi, uzun illər öncə Şaxtababaya məzə məktubları yazan, onunla mırtlaşan həmən Təriş. Bir az fikrə gedən Şaxtababa çox götür – qoy etdikdən sonra qərara aldı ki, Tərişin bu istəyini yerinə yetirsin və elə ilk olaraq marallarını düz onun qapısına sürdü. İçi hədiyyələrlə dolu olan torbasını bir təhər sürüyərək içəri dartan Şaxtababa nəhayət Tərişin yolkasının yanına gəlib çıxa bildi. O biri otaqda uzanmış Tərişin xorultusu isə bütün evi basmışdı. Amma evi basan təkcə bu deyildi. Şaxtababanın evdən gələn qoxudan az qala başı partlayacaqdı. Tələsik əlini torbasına atıb Tərişin hədiyyəsini çıxardan Şaxtababanın gözləri corabları gəzməyə başladı. Onları tapan kimi isə üstünə cummaq istəyirdi ki, alnının ortasından elə bil lomla vurdular. İkinci cəhddə Şaxtababa artıq məsələnin nə yerdə olduğunu anlamışdı, amma o artıq 200 il idi ki, əlehqazı işlətmirdi – Tərişin 2 il idi ki, başqa corab işlətmədiyi kimi. Sonuncu cəhd həlledici oldu. Şaxtababa əlində corablar tir-tap yerə sərildi. Həmin il bütün dünya uşaqları hədiyyəsiz qaldı və Şaxtababaya inamını itirdilər. Bu hadisədən yeganə qazanan isə yenə də Təriş oldu. Ona qalan hədiyyələrlə dolu torba və bir də Qar Qız oldu🙂.
Göydən üç alma düşdü. Biri Qızıləhmədi, Biri Semeryanka, Biri də Genetik Modifikasiyaya uğramış sortu məlum olmayan göy alma.

0 Responses to “Şaxtababa necə öldü – Böyüklər üçün nağıl :)”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Dekabr 2011
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: