Toxunulmazlar və Arpanı Titrədən Külək


Hər gün bir – iki filmə baxıb ayda – ildə  “Yeddi kino istərəm” başlığı altında bir – neçəsini bölüşmək bir az haqsızlıqdır məncə. Odur ki, qərara gəlmişəm baxdığım filmləri gündəlik, ya da iki gündən bir oxucular və baxıcılarla bölüşüm. Hər dəfə iki film bölüşəcəm. Biri yeni yaxşı, digəri isə yalnız yaxşı film olacaq.

Yeni demişkən elə o gün saytların birində gözümə Toxunulmazlar (İntouchables) adlı bir film dəydi.  8.4 İMDb balı məni istər – istəməz cəlb elədi. Hərçənd yenə də şedevrlik bir şey gözləmirdim. Amma necə deyərlər nahaq yerə. Fransızlar bu dəfə bizim “həyati kino” anlayışını komediya ilə yaxşıca qarışdırıb real həyat hadisələrini uğurlu şəkildə kinoya köçürüblər. Baş rolları Fransua Klüze və Omar Say canlandırır.

Film bədbəxt hadisə nəticəsində iflic olmuş Filip adlı bir milyoner və ona qulluq edən Drissin həyatın keyfini necə çıxardıqlarından bəhs edir. Drissə qədər Filip adi milyoner həyatı sürsə də, Drisi işə götürdükdən sonra onların malikanəsindəki vəziyyət tamamilə dəyişir. Bir sözlə, filmə baxarkən o qədər güləcəksiniz ki, az qala… J. Eyni zamanda da hərdən elə vəziyyətlərlə də üzləşəcəksiniz ki, o zaman da, göz yaşlarınıza heyfiniz gəlməyəcək.

İkinci film 2006 – cı ildə ekranlara çıxmış The Wind That Shakes  The Barley, tərcümədə Arpanı Titrədən Külək kimi anlaşılan bir dramatik müharibə filmidir. Həmin ilin Palma Budağını qazanmış film bunu doğurdan da elə – belə qazanmayıb. Baş rolda mənim sevimli aktyorlarımdan biri olan Killian Mörfinin çəkildiyi filmdəki hadisələr 20-ci əsrin əvvələrindəki İrlandiyada cərəyan edir. Britaniyadan müstəqillik əldə etmək üçün silahlı dəstələr yaradan yerli əhali gec –tez buna nail olur. Amma əsas məsələ isə elə bundan sonra başlayır. Bir vaxtlar düşmənlərə qarşı vuruşan qardaşlar, indi bir – birilərinə qarşı vuruşurlar. Film Yaxşı müharibə filmi izləmək istəyənlər üçün əsl yağlı tikədir.

Kinoları izləmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz. Uğurlu Seyrlər !!!

İntouchables (2011)

The Wind That Shakes The Barley (2006)

0 Responses to “Toxunulmazlar və Arpanı Titrədən Külək”



  1. Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Mart 2012
BE ÇA Ç CA C Ş B
« Yan   Apr »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: