Tulpan – 2001: A Space Odyssey – Huozhe


Bu slaydşou üçün JavaScript lazımdır.

Həftəsonu Qazaxıstana, ABŞ – a və Çinə qısa səfərlərim oldu :) Bu linklərlə siz də gedə bilərsiniz.

  1. Tulpan
  2. 2001: A Space Odyssey  (Kosmik Odissey)
  3. Huozhe (Yaşamaq)

2 Responses to “Tulpan – 2001: A Space Odyssey – Huozhe”


  1. 1 Emil Baghirov Aprel 27, 2012 tarixində, saat 7:03 axşam

    Hər film haqqında kiçik bir rəy yazsaydınız əla olardı.

    • 2 mirbagir Aprel 28, 2012 tarixində, saat 10:44 səhər

      Tulpan MDB-də son dövrlər çəkilmiş ən diqqətəlayiq filmlərdəndir. Kann festivalının da diqqətindən kənarda qalmayıb hətta. Mövzu və ruhən bizə çox yaxındır. Filmdə əsasən rus dilində danışsalar da, ara – bir qazaxca da danışırlar. Bir az anlamaq olur , amma tam yox. Subtitrla olan tapsan əla olar. O ki, qaldı mövzuya – söhbət Tulpan adlı bir qızın ətrafında cərəyan etsə də, onu sifətini film ərizində bircə dəfə olsun belə mümkün deyil. Asxat hərbi xitdmətdən qayıtdıqdan sonra bacısı və bacısı ərinin təklifi ilə ətrafda yeganə qız olan Tulpana elçi düşür.

      Kosmik Odisseyə gəldikdə isə bu film Stenli Kubrikin dünya kinosuna bəxş etdiyi ən böyük şedevrlərdən biridir. Bu film fantastik janr anlayışını tamamilə alt – üst edir. Baxdıqdan sonra uzun müddət təsirindən çıxmaq olmur. Eyni zamanda da çoxlu anlaşılmayan momentlərlə tamaşaçını çaş-baş vəziyyətdə qoyur. Film yaradıcıları bir zamanlar demişdilər ki, əgər tamaşaçılar bizim nə demək istədiklərimizin hamısını başa düşsəydilər, onda bu bizim üçün əsl fiasko olardı.

      O ki, qaldı sonuncu filmə – deyərdim ki, film Çjan İmounun ən yaxşı filmidir. Sujeti bir ailənin 30 – 40 il ərizində keçirdiyi acılar və xoşbəxtliklərdən bəhs edir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Aprel 2012
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: