The Man From South Korea


Cənubi Koreya kinomatoqrafı son illər asiyada ən sürətlə və keyfiyyətlə inkişaf edəndir desəm, yəqin Tekeşi Kitano məndən inciməz. Son 10 ildə kifayət qədər diqqətə layiq filmlər ortaya qoyublar. Hər il az qala 10 –a yaxın filmlə Kann Festivalında təmsil olunurlar. Qısası,  nə deməklə, nə də baxmaqla qurtarmaq olmaz.

Dünən birinə baxdım. Orijinal adı “Ajeossi”dir. Bizim dilə Yeri – Yurdu Bəlli Olmayan İnsan (The Man From Nowhere) kimi tərcümə oluna bilər. Hərçənd Koreya dilində bir sözün bizim dilimizə az qala сümlə kimi tərcümə olunacağına inanmıram.

O ki qaldı filmə – film yaxşı film idi. Bəlkə də çox yaxşı da demək olardı. Amma sujet xətti mənə Leon –u xatırlatdığından düşünürəm ki, bir az plagiat ediblər. Orada olduğu kimi bu filmdə də, tənha qəhrəman qonşu qızcığazı mafiadan xilas etməyə çalışır. İMDb balı 7.8 olsa da, mən 7-dən çox vermərəm.

İzləmə Linki – Ajeossi

2 Responses to “The Man From South Korea”


  1. 1 nicatazer Aprel 30, 2012 tarixində, saat 10:13 axşam

    Çox maraqlı kinodu, buna baxmışam. Əsil adı “아저씨”di. Bir başa tərcümədə Azərbaycan dilində əmi və ya dayı kimi tərcümə oluna bilər. Yəni koreyalılar tanımadıqları adama müraciət formasında ajeossi deyə müraciət edir. Mən koreya dili tərcümə oxuyuram ona gör koreya kinolarına vaxt olduqca çox baxıram… Kino sahəsində çox inkişaf ediblər həqiqətən də…

  2. 2 mirbagir May 1, 2012 tarixində, saat 9:21 səhər

    İnformasiyaya görə təşəkkürlər🙂 Mən də ingilis dilimi inkişaf etdirəndə çoxlu tərcüməsiz filmlərə baxırdım. Çünki filmlərin dili daha səmimi, danışıq dilinə daha yaxındır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




Aprel 2012
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: