Get The Gringo (Mel Gibson)


Son dövr Mel Gibson yaradıcılığı enən xətlə getməkdə davam edərkən “sel gələn çaya bir də gələr” deyib nəyəsə ümid edənlər  “Get The Gringo” nu gördükdə sel artıq gəldi deməyə tələsməsinlər. Amma bir yandan da nəhəng kinoşirkətlərinin qapılarının üzünə bağlı olduğunu görən Gibsonun həvəsdən düşməməyi nəyə desən dəyər. İki il öncə çəkildiyi Qunduz (The Beaver) filmində olduğu kimi Get The Gringo (Qrinqonu tut) filmində də aktyor filmi öz arxasınca aparır. Yəni filmdə rejissorun işini yox, ancaq Mel Gibsonun oyununu görmək olar.

Bəs bu Get The Gringo hardan çıxdı? Əminəm ki, çoxlarının heç bu filmdən xəbəri yoxdur. Film heç geniş prokata da çıxmayıb və bir başa DVD – yə çıxıb. Mart və Apreldə yalnız bir neçə ölkənin bir neçə kinoteatrında göstərilib. Bilmirəm bu rejissorun (Adrian Qrünberq) debüt qorxusundan irəli gəlib, ya da ki büdcənin kiçikliyindən, amma nahaq yerə bu filmin marketinqini etməyiblər.

Film ənənəvi təhna qəhraman filmlərindən olsa da, Mel Gibsonun oyunu və meksika əhval – ruhiyyəsi onu Stethemin 2 gündən bir çəkildiyi “dış – bış”lardan fərqləndirir. Sujet haqqında çox  danışmayacam ki, baxanlar üçün maraqsız olmasın. Sadəcə onu deyim ki, Gibsonun qəhrəmanı Meksika həbsxanalarından birinə düşür  və buradakı şərait onu əməlli – başlı çaşdırır. Çünki bura həbsxana yox, sadəcə divarlar içərisində bütün imkanları olan şəhərdir.

O ki qaldı Gringo sözünə – Meksikada ABŞ – dan gələnləri Grinqo çağırırlar. Bu söz işlənmə yerindən asılı olaraq təhqiredici və ya sadəcə müraciət kimi anlaşıla bilər.

İzləmə Linki – Get The Gringo

1 Response to “Get The Gringo (Mel Gibson)”


  1. 1 Tony Aliyev İyul 9, 2012 tarixində, saat 7:14 axşam

    tam düzgün yazmısan, filmə baxmışam yaxşıdı. Mel Gibson ən sevdiyim aktyorlardan biridi

    p.s maraqlı yazıların var feysdə mənə dostluq göndər təklifim var sənə


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




May 2012
BE ÇA Ç CA C Ş B
« Apr   İyl »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: