The Avengers və ona oxşarlar…


“Çox baxılırsa, yaxşıdır”, “çox dinlənilirsə, yaxşıdır”, “çox oxunulursa, yaxşıdır” – çoxluq təbii ki, öz etdiyinin düzgünlüyünə özünü inandırmaq üçün belə fikirləşir.

Kinoya gəldikdə isə onun çox baxıldığının əsas göstəricisi təbii ki, kassa yığımlarıdır. Kassa yığımlarına baxanda  isə, son 20 ildə 1 milyardı keçən  10 – 12 film arasında ciddi ekran əsəri adlandıra biləcəyimiz hər hansı bir filmə çətin ki, rast gəlmək olar.

Haşiyə

İndiyə kimi çox az adam görmüşəm ki, fentezi və ya fantastik janrda çəkilmiş film xoşlasın. Kino deyəndə biz adətən “həyati kino”ya üstünlük veririk nədənsə. Hərçənd janrın kinonun yaxşı və ya pis olması ilə yaxından – uzaqdan heç bir əlaqəsi yoxdur. Komikslər əsasında çəkilmiş filmlərin qərb prokatlarında niyə qan elədiyi də təbiidir. Çünki bizə çatmayan bu komikslər  100 ilə yaxındır ki, onların həyatının bir hissəsidir və onların ekranlaşdırılması da həmişə  gözləniləndir. (Haşiyənin sonu)

Məni təəccübləndirən isə  The  Avengers – in 1 milyarddan çox yığması yox, onun  gözə girən reytinqidir. İMDb , Metacritic və Rotten Tomatoes – in şişirdilmiş reytinqlərini görəndə düşündüm ki, Djos Uidon nəsə Nolan sayağı bir şey yaradıb ki, bunlar da onu aparıb qoyublar  Hollivudun başına. Baxdıqdan sonra isə Metacritic və Rotten Tomatoes  – ə olan hörmətin düşdü İMDb ilə eyni səviyyəyə. Görünür orda oturan kinotənqidçilər  də  sənətə olan sadiqliklərini komikslərə olan uşaqlıq sevgilərinə qurban veriblər.

Nəticə – Ötən il gəlirləri 1 milyarı keçən iki filmi –  Transformers 3 və Karib Dənizinin Quldurları 4  –  və üstəgəl bu Qisasçıları (The Avengers) gördükdən sonra bir daha  əmin oldum ki, yaxşı sənətin qiyməti qəpik –quruşdur.

5 Responses to “The Avengers və ona oxşarlar…”


  1. 1 Ismail May 17, 2012 tarixində, saat 6:21 axşam

    1.Film haqqında fikirim.
    Bu sizin öz yazınız və fikirinizdisə hörmətlə yanaşıram. Bu film haqqında şəxsi fikrim: Uşaq vaxtı çoxlu sayda komikslər izləmişdim və çox bəyənirdim. Böyüyəndən sonra isə bu sevgim azaldı buda təbii di. İllər keçəndən sonra düşünmürdüm ki belə film çıxacaq və belə deyək keçmiş sevgimi qaytaracaq. Avengersin digər komikslərdən əsas fərqi və kütləni cəlb edən əsas cəhəti onun FANTASTİKA və KOMEDİYA janrlarının sintezi əsasında çəkilməyidi. Düşünürəm ki belə olmasaydı heç kimin marağı olmazdı baxmağa. Mənalarıda az deyil. Məsələn: güc birlikdədi, insanlığın xilası üçün heç kəs öz əməyini əsirgəməməlidi…
    ● Rejissor haqqında. Jess swidon-nu bir çox insanlar kimi əvvəllər tanımırdım. Əlinə küllü miqdarda pul vermişdilər, və əsas məqsədi maraqlı bir şey çəkmək idisə, düşünürəm bunun öhtəsindən layiqincə gəlib.
    ● Aktyor oyunu ümumilikdə yaxşıdı, xüsusilə Robert Douni JR və Mark Ruffalo-nu qeyd etmək istəyərdim.
    ● Ssenari-yə isə çox maraqlı və gülməlidi. Sarkazmlı yumor, gülməli atmacalar filmin qiymətini birə beş artırır.
    2.Filmin çoxlu gəlirləri haqqında
    Siz deyirsiz ki bizim əsas seçdiyimiz janr həyati kinolar olur. Deyirsiz ki əsas izlənmə göstərici kassa yığımı-dı. Amma əslində bu belə deyil. İNSANLAR ƏSASƏN KİNOTEATRA NƏ VAXT GEDİRLƏR? VƏ NƏ ÜÇÜN?, İSTİRAHƏT ETMƏK VƏ DİNCƏLMƏK ÜÇÜN, SİZCƏ KİMSƏ İSTİRAHƏTƏ GÖRƏ AĞIR DRAM VƏ HƏYATİ FİLMLƏRƏ BAXAR? ƏLBƏTTƏ YOX. ONA GÖRƏDƏ BU TİP FİLMLƏRİN KOMEDİYA YA FANTASTİKA KÜLLÜ MİQDARDA GƏLİRLƏRİ OLUR.
    3.Yalan danışmayacam Metacritic və Rotten Tomatoes saytları haqqında birinci dəfədi eşidirəm, amma İMDB haqqında kifayət qədər bilgim var və sizin nəzərizə çatdırım ki İMDB SAYTINDA FİLMİN REYTİNQİNİ VƏ TOP-250 MÖVQEYİNİ KİNO-TƏNQİDÇİLƏR YOX, ADİ USERLƏR TƏYİN EDİR (ÖZ SƏSLƏRİ İLƏ).

    • 2 mirbagir May 17, 2012 tarixində, saat 6:36 axşam

      Geniş münasibətinizə görə təşəkkürlər. Bu da sizin şəxsi fikriniz olduğu üçün hörmətlə yanaşıram. Sadəcə sonuncu bəndinizə bir əlavə edim ki, ilk iki sayt kinotənqidçi rəyləri əsasında reytinq formalaşdıran dünyanın bir nömrəli portallarıdır. O ki, qaldı İMDb – ə onun yalnız userlərin səsverməsi ilə formalaşadığını bilirəm və özümün də orada yüzlərlə filmin reytinqinin formalaşmasında azacıq rolum olub. Amma 250 -lik yalnız daimi səs verən userlərin səsləri əsasında formalaşır.🙂

  2. 3 Ismail May 17, 2012 tarixində, saat 8:39 axşam

    Məni tanımıyıb, yazımı oxuyan insan elə başa düşəcək ki bu İsmail yəqin kinotənqidçidi. Amma özüm adi tələbəyəm, prosto elmi dildə yazmağı xoşlayıram. Maraqlı oldu mənə girib baxaram Mega critic, Rotten Tomatoes. Birdə mən özümdə ən çox həyati kinolara baxıram. Yəni əsas kinolara istirahət üçün, və sössüz nəsə öyrənmək, həyat bilgimi artırmaq üçün baxıram. +milyardı keçənlərdən Titanik-i məncə ciddi ekran işi adlandırmaq olar. Bunun bir neçə səbəbi var…istiyirsiz yazım..

    • 4 mirbagir May 17, 2012 tarixində, saat 9:18 axşam

      Ciddi ekran işi deyilən filmlər müstəqil rejissorlar tərəfindən, yəni art – haus, müəllif filmləri çəkənlər tərəfindən ekranlaşdırılır. Söhbət Kamerondan gedirsə, ümumiyyətlə ciddi filmdən söhbət gedə bilməz. Titaniki Avatar, Terminator və Gəlmələrdən fərqləndirən yalnız onun janrıdır. Unutmaq lazım deyil ki, Kameron rejissordan daha çox prodüserdir və onun istənilən filmi böyük kassa gəlirləri əldə etməyə yönəlib, belə olduqda isə hansı ciddi kinodan söhbət gedə bilər?
      İndi buyur məni fikrimdən daşındıra biləcək səbəbləri göstər🙂

  3. 5 Ismail May 18, 2012 tarixində, saat 10:29 səhər

    Maraqlıdı. Əgər yalnız art-house tipində olan filmləri ciddi ekran işi hesab edirsinizsə onda bu aksiomadı, yəni art-house heç vaxt çoxlu gəlir qazana bilməz, çünki art-house-u hər insan başa düşmür və hətta müəyyən настроение tələb edir. Heç mən özümdə baxa bilmirəm.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




May 2012
BE ÇA Ç CA C Ş B
« Apr   İyl »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: