KİNOnu necə kəsirlər…


Situasiyadan asılı olaraq bu müxtəlif hallarda baş verir və məntiqə görə də bu kəsilmələr film ekranlara çıxanadək baş verməlidir. Sovetlər dövründə və ona oxşar ölkələrdə bu senzura qayçısı idisə, normal cəmiyyətlərdə bu adətən rejissorun kefindən asılı olurdu və indi də olur. Yəni rejissor ürəyi istədiyi kadrı filmə salır, ya da ordan kəsib çıxardır. Bir neçə il sonra ürəyi istəyəndə kəsdiyi kadrları yenidən filmə salıb onu rejissorskiy versiya kimi ekranlara çıxardır. Yəni bütün bunlar məntiqə sığan kəsilmələrdir. Gəl ki bir cür film kəsmək də var ki, buna sənətə nifrət, ya da ondan ümumiyyətlə baş açmamaq adı vermək olar. Bu necə olur…

– Açırsan Tv-ni və görürsən ki, orada az qala bütün dünyanın baxdığı bir film gedir və sən də ən azı heç olmasa, bir dəfə ona baxmısan. Araya girir reklamlar və reklamlardan qayıdanda görürsən ki, filmin 30 dəqiqəsi yoxa çıxıb. Bu cür fokusları ancaq bizim telekanallarda görə bilərsiniz. Ən çox da ANS –də və demək olar ki, hər gün. Yəni buna haqq qazandırıb ayrı don da geyindirmək olar – gündüz verilən filmlərdə öpüş və yataq səhələri vardı deyə bəhanəsilə. Amma inanın ki, mənim baxdığım və onların kəsdiyi filmlərin əksəriyyətində heç əl – ələ tutmaq səhnəsi belə yoxdur. Belə də ki, heç bir normal filmdə 20 – 30 dəqiqə öpüş və yataq səhnəsi də olmur, əgər bu erotika deyilsə, təbbi ki.

Məsəlçün – Babam və Oğlum filmini yəqin çoxları izləyib və orada heç bir kəsiləcək kadrın olmadığını bilir. Filmin xronometrajı 1 saat 50 dəqiqəyə yaxındır və başlayır saat 10:15 –də bitir, 11:55 –də və içərisində 5 dəqiqə olmaqla 2 – 3 və bəlkə də daha artıq reklam gedir. Bu aralıqda cəmi 1 saat 30 dəqiqə güclə yer qalır. 1 saat 50 dəqiqəlik filmi də, 1 saat 30 dəqiqəyə soxuşdurmaq üçün onu bu cür amputasiyaya məruz qoyurlar. Demək söhbət öpüşdə deyil, bunların düzgün proqram qura bilməmələrində imiş. O da hər gün çatlayır bu yazıq filmlərin və ən əsası da tamaşaçıların başında.

Bir filmi çəkmək üçün bir – iki il vaxt sərf olunur (pre, post və prodakşının özü daxil olmaqla) və bu da bir dəqiqəyə ən azı 2 həftə vaxt ayrılması deməkdir. Hamının dəfələrlə baxdığı Matriks filmində Neo ilə Morfiusun bir neçə dəqiqəlik məşhur o döyüş səhnəsini çəkmək üçün Kianu Rivz düz iki ay şərq döyüş növlərini öyrənib, Deniel Dey Lyuis Qan Olacaq filmində Pleynvyu obrazını canlandırmaq üçün aylarla onun yazılarını dinləyib. Bu misallar sonsuzdur və bir yaxşı filmin hər bir dəqiqəsinin necə böyük bir zəhmətlə başa gəldiyini göstərir.

Öpüş və yataq səhnələrinə gəldikdə isə – deyim ki, əgər bir filmdə erotika elementləri varsa və qanunvericilik gündüz saatlarında onların göstərilməsini yasaq edirsə, onda kəsib – doğramaqdansa, ümumiyyətlə həmin saatlarda verilməsin bu filmlər. İncəsənəti bu cür kəsmələrlə təhqir etmək olmaz. Bu bir növ Corconenin “Yatmış Venera”sının üstünə yorğan örtmək kimi bir şeydir.

1 Response to “KİNOnu necə kəsirlər…”


  1. 1 Tony Aliyev İyul 9, 2012 tarixində, saat 9:52 axşam

    oxudum, bunu paylaşaam səhifədə🙂


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




İyul 2012
BE ÇA Ç CA C Ş B
« May   Avq »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Blogun statistikası

  • 20,793 hits

miR bagiR in Twitter

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


%d bloqqer bunu bəyənir: